Siyasət

  • 13 400

Rusiyalı ekspert: Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi dünyada yeni reallıq yaradıb - MÜSAHİBƏ

image

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Azərbaycanın nə üçün bugünkü geosiyasi və digər çağırışlar fonunda dünyanı daha ədalətli etmək məqsədi güddüyü barədə danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ötən gün Rusiyanın müşahidəçi dövlət olduğu Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasının yekunu olaraq 2024-cü il Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına həsr olunmuş xüsusi bəyannamə qəbul edilib. Bəyannamədə tədbirin təşkilatçılarına siyasi neytrallıq və milli əsasda idmançılar üçün hər hansı xüsusi məhdudiyyətin rədd edilməsi çağırışı öz əksini tapıb. Əslində burada rusiyalı idmançılar ətrafında vəziyyətə istinad edilir. Rusiya XİN bu bəyanatı alqışlayıb. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxın bu çağırışa görə İlham Əliyevə təşəkkür etdiyi kimi...

- Bununla da həm Azərbaycan, həm də Qoşulmama Hərəkatının digər ölkələri Olimpiya hərəkatının “idman siyasətdən kənarda”, onun toxunulmazlığı prinsipinə sadiqliyini nümayiş etdirdi, idman yarışlarından siyasi təzyiq rıçaqları kimi istifadə edilməsinə, siyasi repressiyalara görə idman arenasından istifadəyə qarşı çıxdı. Bu, hər şeydən əvvəl ədalətə sadiqliyin nümayişidir. Bundan əlavə, bu halda belə bir bəyannamə Bakı və Qoşulmama Hərəkatının digər dövlətləri tərəfindən Rusiya və Belarusa dostluq addımı kimi qiymətləndirilə bilər. Rusiya isə Azərbaycanın və onun lideri İlham Əliyevin belə bir addım atmasına böyük minnətdarlıqla reaksiya verdi. Azərbaycan Respublikası bu gündəliyi aktual hesab etdi və dünyanın ikinci ən böyük beynəlxalq təşkilatının digər dövlətləri də onu dəstəklədilər. Və bu son dərəcə vacibdir. Beləliklə, bu mövzu dünyada diqqət çəkdi.

Azərbaycan özünü bir daha təkcə öz regionunda deyil, dünyanın hər yerində, dünyanın müxtəlif yerlərində ədalət uğrunda mübarizə aparan dövlət kimi, beynəlxalq aləmdə məsuliyyətli, siyasi xəttini davam etdirən, nəinki qlobal hisslər keçirən bir oyunçu kimi nümayiş etdirdi. Onun yürütdüyü xətt dünyanı daha ədalətli etməyə yönəlib ki, hegemonizm arxa plana keçsin.

Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasının yekunları üzrə qəbul edilmiş müxtəlif sənədlərdə beynəlxalq hüquq normalarına və dövlətlərin ərazi bütövlüyünə riayət edilməsi, nüvə güclərinə çağırışlar, irqçilik, ksenofobiya meylləri, neokolonializm və s. məsələləri öz əksini tapıb. Bu, Azərbaycanın aktual məsələləri beynəlxalq miqyasda təbliğ etdiyini göstərir. Məsələn, Azərbaycanın Bakı bəyannaməsində təsbit olunmuş xarakterik mövqeyi Fələstinin müdafiəsidir. Bu, Bakının İsraillə əla münasibətlərə malik olmasına baxmayaraq. Azərbaycanın siyasətinin mahiyyəti hansısa konkret dünya düşərgəsinə qoşulmaq deyil, məntiq əməliyyatı deyil, o zaman ki, kimsə öz müttəfiqlərini dəstəkləyir (beynəlxalq siyasi münasibətlərdə əksər hallarda belə olur), qalanları isə bizim dostumuz deyil deyir. Azərbaycan, ilk növbədə, ədalətli dünya tərəfdarıdır.

Bununla da Azərbaycan özünün ən ciddi qlobal subyektivliyini göstərir. Müstəqil dövlət kimi, ona müxtəlif tərəfdən edilən siyasi təzyiqlərdən asılı olmayaraq, təkcə öz milli maraqlarını deyil, beynəlxalq hüququ rəhbər tutaraq, təxirəsalınmaz gündəliyi irəli sürür.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanın beynəlxalq aləmdə statusu yalnız yüksəlir, böyüyür və yüksəlir. İkinci ən böyük beynəlxalq təşkilata sədr kimi Bakıya uzun illər ərzində etimad göstərilməsi Azərbaycanın statusunu və İlham Əliyevin şəxsi təsirini artırır, beynəlxalq əlaqələrin inkişafına töhfə verir.

Yeri gəlmişkən, idmandan danışsaq, Azərbaycan erməni idmançıları qəbul edərkən “idman siyasətdən kənardır” prinsipini mükəmməl şəkildə nümayiş etdirir və həyata keçirir. Erməni idmançılar tezliklə Bakıya atıcılıq üzrə dünya çempionatına gəlməlidirlər. Və lazımi təhlükəsizliyin təmin edilib-edilməyəcəyi, idmançılara düzgün münasibətin təmin olunub-olunmayacağı ilə bağlı heç bir sual yoxdur. Azərbaycan öz məsuliyyətini, ləyaqətli münasibətini, səbrini bariz şəkildə nümayiş etdirib. Təəssüf ki, Ermənistandan və erməni idmançılardan fərqli olaraq.

Cənubi Qafqazda isə Azərbaycan qonşuları ilə qarşılıqlı hörmətə və ərazi bütövlüyünə əsaslanan konstruktiv, şəffaf münasibətlərə yönəlmiş məsuliyyətli oyunçu kimi özünü aparır. 2020-ci il noyabrın 9-10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata Bakının münasibəti də bunu nümayiş etdirir. Rəsmi Bakı məsul tərəf kimi bu sənədi nəinki icra edir, həm də müntəzəm olaraq Ermənistanın da onu həyata keçirməsini təmin edir. Bakı qonşusundan fərqli olaraq Ermənistan-Azərbaycan nizamlanması prosesinə yeni iştirakçılar cəlb etməyə, bəyanatın hansısa məqamlarını şübhə altına almağa, yeni nüanslar əlavə etməyə çalışmır. Bu, müasir dünyada konstruktiv yanaşmadır, məsuliyyətli mövqedir. Bir dövlət müqavilə imzalayanda və sonra onu həyata keçirəndə. Və bəzi digər iştirakçılar, daha doğrusu, Ermənistan 2,5 ildir ki, danışıqlar masası arxasında oturub mövzunu qaldırır – gəlin bunu necə edəcəyimizi, danışıqları necə aparacağımızı müzakirə edək. Azərbaycan isə imzasına, öhdəliklərinə sadiqliyini çox əyani şəkildə nümayiş etdirir. Və tərəfdaşlardan da bunu tələb edir.

Əliyev Hərəkatın iclasında Fransanın Cənubi Qafqaz dövlətlərinin daxili işlərinə qarışmaq cəhdlərindən də danışıb. Fransa Afrikadakı nüfuzunu əldən verib və indi bunu kompensasiya etmək, əsas beynəlxalq oyunçu kimi reputasiyasını bərpa etməyin mümkün olacağı "təsir" yerləri tapmağa çalışır. Beləliklə, Paris Cənubi Qafqazı “belə bir yer” olaraq tapdı. Həmişə olduğu kimi, Paris üçün nəticə o qədər də uğurlu olmasa da, ənənəvi olaraq hər şey çox səs-küylüdür ki, bu da Emmanuel Makronun bütün siyasətinin leytmotividir. Bu cür siyasət, bu cür “hərəkətlər” özünü reklam etmək üçün o qədər də təsirli deyil. Cənubi Qafqaz timsalında da eyni şeyi görürük. Fransanın Qafqaz dövlətlərinin işlərinə “girməsi” növbəti dəfə Parisin öz siyasi reputasiyasını başqasının hesabına yaxşılaşdırmaq üçün yöndəmsiz cəhdə çevrildi. Bu işdə Ermənistan və Fransanın erməni icması “aktiv” alət rolunu oynayırdı.

- Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi illər ərzində bu təşkilatı, onun prinsiplərini və dəyərlərini yeniləyib. Bəs bu, günümüzün geosiyasi tendensiyalarına nə dərəcədə uyğundur?

- 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi üzərinə götürdü, sonra təşkilata üzv olan 120 dövlətin çağırışı ilə onun sədrliyi daha bir il uzadıldı. Bu 4 il ərzində dünya bəşər sivilizasiyasının inkişafında ən ciddi problemlərlə üzləşib: bu, kovid epidemiyası və son nəticədə bütün dünyaya təsir edən Rusiya ilə Qərbin hazırkı qarşıdurmasıdır. Amma Azərbaycanın sədrliyi ilə təşkilat ikinci yeni nəfəs aldı və hər şeydən əvvəl Bakı yeni çağırışlara unikal, aydın cavabları ilə strukturda yeni səhifə açdı. Hərəkatın dəyər və prinsipləri bu gün həmişəkindən daha çox aktuallaşıb. Azərbaycanın Hərəkata sədrliyi ölkənin beynəlxalq münasibətlərin subyekti statusunu gücləndirib. Bu gün Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı (yeri gəlmişkən Rusiyanın müşahidəçi qismində qoşulduğu) nəzərə çarpan, rəyi dinlənilən, nəzərə alınan və bir çox dövlətlərin iştirak etməyə çalışdığı struktura çevrilib. Hərəkat inkişaf etməkdə olan dövlətlərin- Afrika və Latın Amerikası ölkələrinin səsini səsləndirmək üçün bugünkü gündəliyi aktuallaşdırır.

Azərbaycanın sədrliyinə qədər, Hərəkat 20-ci əsrdən siyasi miras olaraq qalmış bir struktur idi, o zaman ki, soyuq müharibə dövründə bir tərəfdən Vaşinqton, digər tərəfdən də Moskva yönümlü dövlətlər var idi. NATO bloku və Varşava Müqaviləsi ölkələri və onların arasında Qoşulmama Hərəkatı.

İndi Qoşulmama Hərəkatı artıq 20-ci əsrin reallıqlarında yaşayan, müasir çağırışlara cavab verən tamhüquqlu bir strukturdur və təşkilatın bu gün ədalət məkanına çevrilməsi, şübhəsiz ki, Azərbaycanın, şəxsən prezident İlham Əliyev səmərəli rəhbərliyinin nəticəsidir.

Və demək olmaz ki, Qoşulmama Hərəkatı hegemon Qərbin “azad dünya”ya qarşı çıxmaq meylinin əksidir. Qoşulmama Hərəkatı dünya quruculuğunda, müxtəlif strukturların, dövlətlərin, ideologiyaların, dinlərin və dünyagörüşlərinin dünya proseslərində bərabər iştirakın tərəfdarıdır. Və sonra bu əsasda - yeni ədalətli münasibətlər qurmaq.

Əliyev iclasda ilk dəfə deyildi ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi mövzusunu qaldırır, çünki onun tərkibi artıq köhnəlib və müasir reallıqlara cavab vermir və coğrafi baxımdan daha geniş olmalıdır. Bu mövzu Rusiya tərəfindən də qaldırılır. Ümumiyyətlə, son 15-20 ildə BMT Təhlükəsizlik Şurasının sisteminin dəyişdirilməsi məsələsi müzakirə olunur. BMT TŞ İkinci Dünya Müharibəsinin mirasıdır, nüvə silahına malik olan qalib dövlətlər beynəlxalq təhlükəsizliyin təminatlarını öz üzərlərinə götürərək Təhlükəsizlik Şurasının daimi üzvlərindən ibarət klub yaratdılar. Bu gün daha çox ölkə nüvə silahına malikdir, daha çox dünya mərkəzləri var və iqtisadiyyat baxımından balans çox dəyişib. Ona görə də ümumi bir anlayış var ki, qlobal təhlükəsizlik strukturlarının sistemini dəyişmək lazımdır, amma bunu necə etmək olar... Axı ABŞ çalışır ki, mümkün qədər çox müttəfiqi Təhlükəsizlik Şurasına daxil olsun. Bu, “cib”dən idarə olunan strukturdur (bir çox digər beynəlxalq təşkilatlar kimi). Alternativ baxış ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasına digər dünya mərkəzləri də daxil edilməlidir - bunlar Afrika İttifaqı, Latın Amerikası ölkələri və ərəb dünyasıdır.

- Hərəkatın iclası çərçivəsində İlham Əliyev İranın xarici işlər naziri Abdullahianla görüşüb. Rəsmi Bakının və iranlı nazirin özünün şərhlərinə görə, görüş müsbət keçib. Tərəflər münasibətlərdəki bütün çətin məqamları aradan qaldırmaq, Zəngəzur dəhlizinə alternativ yol layihəsinin həyata keçirilməsini aktivləşdirmək barədə razılığa gəliblər. Burada hansı perspektivləri görürsünüz? Yenə də son illərdə iki ölkə arasında münasibətlər yelləncəyə bənzəyir.

- Belə bir görüşün baş tutmasının özü çox vacibdir. Məncə, münasibətlərdə müsbət irəliləyişin perspektivi olmasaydı, yəqin ki, görüş baş tutmazdı. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş ciddi insidentdən sonra münasibətlərin normallaşması üçün ciddi əsas işlənib hazırlanmışdır. Münasibətlər normallaşarsa, Rusiya, Azərbaycan və İranın maraqlı olduğu Şimal-Cənub layihəsinin aktivləşməsindən danışmaq olar. Azərbaycan və İran arasında konstruktiv sakit münasibətlər həm də Cənubi Qafqazda və Xəzər regionunda daha böyük təhlükəsizlik deməkdir. Bu, nəqliyyat kommunikasiyalarının təhlükəsizliyidir- xüsusən də söhbət Zəngəzur dəhlizindən, sərhəd məsələlərinin həllindən gedir. Əliyevlə Abdullahianın görüşü, şübhəsiz ki, müsbət tendensiyanın təzahürüdür.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər