PDF Oxu

Siyasət

  • 1 559

Şəmkir rayonunda YAP fəalları və sakinlərlə görüş keçirilib FOTOLAR

Şəmkir rayonunda YAP fəalları və sakinlərlə görüş keçirilib FOTOLAR

09 sentyabr 2023-cü il tarixində Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının üzvləri və sakinlərlə görüş keçirilmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təşkilatının əməkdaşları, partiya fəalları və sakinlər iştirak etmişdir.Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə aparılan islahatlardan, partiyanın fəaliyyətindən geniş məlumat vermişdir. Sonra F.Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətdən, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən və məcburi köçkünlərin doğma yurdlarına qayıdışından geniş bəhs etmişdir.

Görüş partiya fəallarının və sakinlərin fikirlərinin dinlənilməsi ilə davam etmişdir.

Digər xəbərlər