Bu ilin sentyabrın 14-də Tacikistanın paytaxtı olan Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının sayca 5-ci Məşvərət görüşü baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Cənab prezidentin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi dəvət edilməsi və iştirakı, Tacikistanın ölkəmizə olan böyük hörmətinin nümunəsidir. Eyni zamanda, bu tədbirdə digər ölkələrinin Azərbaycanın iştirakına verdikləri dəstək bir başa Azərbaycanın xarici siyasətinin bəhrəsidir.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti bu il artıq qardaş Tacikistana ikinci dəfə səfər edir. Apreldəki dövlət səfəri və bu səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış mühüm sənədlər ölkələrimiz arasında münasibətlərin strateji xaraktərini bir daha təsdiq etdi. Tacikistan və Azərbaycanın qarşılıqlı dövlət səfərləri ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsinə xidmət edirAzərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.Azərbaycan və Tacikistan artıq otuz ildən artıqdır ki, müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda aktiv şəkildə qarşılıqlı fəaliyyət aparır. Qarşılıqlı olaraq ölkələrimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi-siyasi əlaqələri yüksək inkişaf xətti üzrə dəvam edilir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının sayca 5-ci Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirdi. Regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın qarşılıqlı əlaqələrinin müsbət istiqaməti üçün mühüm amil olacaq. Yaxın keçmişə nəzər salsaq 44 günlük Zəfər qələbəmizdən sonra, son iki il ərzində Prezident İlham Əliyev ümumilikdə Mərkəzi Asiya dövlətlərinə rəsmi doqquz səfər etmişdir. Qardaş dövlətlərin başçıları da Azərbaycana dəfələrlə səfərlər ediblər. Bu fəal dinamika qarşılıqlı münasibətlərin və əlaqələrin yüksəldilməsinə böyük tövhə verir. Qarşılıqlı münasibətlər fonunda ölkələrarası sərmayənin və ticarətin il-ildən artımı müşahidə olunur. Bu illər ərzində birgə sərmayə fondları yaradılıb ki, bu da yaxın 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcminə çatdırılacaq. Ölkələrimiz sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirdir. Turizm sahəsindəki sərmayə layihələri isə ilk icra mərhələsindədir. Azərbaycan Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağın artıtlmasına istiqamətlənmiş siyasətə önəm verir. Bununlada, Azərbaycan Mərkəzi Asiya da olan qardaş ölkələr üçün nəqliyyat–logistikası infrastrukturu əlçatandır. Ali Baş Komandan İlham Əliyev türk dövlətləri ilə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi”, Qırğızıstanla imzaladığı “Strateji tərəfdaşlıq haqqında bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hər tərəfli əməkdaşlığın genişləndirilməsi barədə bəyannamə”, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hər tərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol xəritəsi” və Qazaxıstanla imzaladığı “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrin dərinləşməsi haqqında bəyannamə”dəözəksinitapır.
Yeni iş yerlərinin yaradılması məqsədi ilə 500 milyon dollar nizannamə kapitalına malik Azərbaycan və Özbəkistan arasında yaradılan fond haqqında saziş təsdiq edilib. İşğaldan azad edilmiş Fizuli rayonunda Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə 960 şagird yerli məktəbin tikintisi və sosial-iqtisadi və mədəni baxımdan dəyərləndirilə bilər. Bu real inteqrasiya və dostluq nümunəsidir, kağız üstündə qalan bəyanət deyil.Prezident İlham Əliyevin Mərkəzi Asiya o cümlədən regionun türk dövlətlərinə mütəmadi səfəri və həmin dövlət başçılarının da Azərbaycana səfərləri əlaqələrin genişlənməsinə və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini