Siyasət

  • 962

Seçki qərarından sonra Əli Kərimlinin evində separatçıların görüşü təşkil olunub ANALİZ

image

Azərbaycan dövlətinin müstəqil siyasətinin nəticəsi olaraq sərgilədiyi qətiyyət və cəsarət yerli və xarici qüvvələri ciddi şəkildə narahat edir. Bu baxımdan mümkün çirkin vasitə və üsullardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı şərləmə və böhtanatma kampaniyası həyata keçirirlər. ABŞ-ın və Fransanın erməni lobbisindən maliyyə cəhətdən asılı olan siyasi dairələrinin Azərbaycan haqqında qərəzli qərarlar qəbul etmələri, məntiqsiz və əsassız açıqlamalarla çıxış etmələri daha çox təəccüb və ironiya doğurur. Çünki sözügedən dövlətlər 30 il özlərini bitərəf dövlət olaraq ATƏT-in Mİns Qrupunun üzv kimi təqdim ediblər. Görüntü xatirinə Azərbaycanla Ermənistan arasında sülhyaratma missiyası həyata keçirən vasitəçi dövlət olduqlarını göstəriblər. Lakin ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra bu dövlətlərin əsl simaları aşkarlandı. Məlum oldu ki, bu dövlətlər reallıqda Ermənitanın yanındadırlar və çalışırlar ki, erməni lobbisinin maraqlarına uyğun olaraq Azərbaycanı işğal altında olmuş torpaqlarda daha on illər status - kvonun saxlanılmasına razı salsınlar. Lakin Azərbaycan 2020-ci il sentyabrın 27-də başladığı Vətən Müharibəsi ilə onların məkrli planlarını alt-üst etdi və torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünün bərpasına nail oldu.

Yerli və xarici qüvvələrin hay-küyü əsassızdır

Parlaq qələbədən şoka düşən ermənipərəst dairələr demoqogiyaya oxşar hay-küy qaldırıb, Ermənistandakı revanşistləri bu və digər formada ruhlandırmağa uğursuz cəhdlər göstərirlər. Bəzən özlərinin bu kimi iyrənc metodlarına KİV-ləri, ictimai təşkilatları da şərik edirlər. Son vaxtlar "Vaşinqton Post" qəzetində Azərbaycan əleyhinə yönələn və şərdən ibarət olan məqalərin dərc olunması ABŞ-ın və Fransanın qaranlıq dairələrinin iyrənc məqsədlərinin ibarət olduğunu göstərir. Bu məqamda ABŞ-ın keçmiş prezidenti Donalt Trampın seçkiöncəsi ABŞ etirafı yada düşür: “Biz korrupsiyalaşmış dövlət aparatına, rüşvətxor məhkəmə-hüquq sisteminə, saxtakar seçki prosesinə, fırıldaqçıların əlaltısı olan KİV-ə qarşı mübarizə aparırıq və qələbə çalmaqla onları aradan qaldıracağıq”. Göründüyü kimi, ölkənin Prezidenti olmuş D.Tarmp vasitəsi ilə ABŞ-ın dövlət məmurlarının, KİV-lərinin korrupsiya, rüşvət və digər dövlət cinayətlərində günahlandırılır. Belə halda öz gösündə tiri görməyib, başqasının gözündə tükü seçməyə çalışmaq həyasızlığın son həddidir. Digər tərəfdən, bu korrupsiyalaşımış dövlətlər maliyyə imkanlarına arxalanaraq yerlərdəki ələbaxım pozucu qüvvələrdən də öz çirkin məqsədləri üçün istifadə edirlər.

Cəmil Həsənli Əli Kərimlinin namizədliyinə etiraz etdi

Azərbaycanın dağıdıcı müxalifətinin ABŞ-ın və Avropanın bəzi məkrli dairələrinin istək və tələblərinə uyğun Azərbaycan dövləti və xalqı haqqında təxribat xarakterli açılamalar verib, bəyanatlar səsləndirmələri qeyd olunanlara misal ola bilər. Məkrli qüvvələr təxribatlarını yeni mərhələyə adladıblar. Xüsusilə də,dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Qalib Sərkərdə İlham Əliyevin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncamından sonra daxili və xarici qüvvələr pozucu əməllərini genişləndirmək üçün məsləhətləşmələrə başlayıblar. Bu məqsədlə tələm-təsik AXCP sədri Əli Kərimlinin məzilində, Milli Şuranın sədri Cəmil Həsənlinin, şura üzvləri Tofiq Yaqublunun, Gültəkin Hacıbəylinin, AXCP sədr müavinləri, idarə heyətinin üzvlərinin və fəal trolların iştirakı ilə toplantı keçirilib. Toplantıda Ə.Kərimınin namizədliyinin irəli sürülməsi kimi rüsvayçı təkliflər irəli sürülüb və seçkilərin təbliğat-təşviqat dövründə əhali arasında iğtişaşlar, qarşıdurmalar yaratmağın vacibliyini qeyd ediblər. C.Həsənli Ə.Kərimlinin namizədliyinin irəli sürülməsindən narazı qalsa da, açıq şəkildə etirazını dilə gətirə bilməyib. Sadəcə qeyd edib ki, o, bir neçə aylığa ölkəni tərk edərək Böyük Britaniyaya gedir. Bununla da, Ə.Kərimlinin namizəd olaraq meydanda görünməsini qəbul etmədiyini nümayiş etdirib. Məsələ bununla bitməyib. C.Həsənli evində ciddi problemi olduğunu əsas gətirərək iclası tərk edib. Bütün bunlar onu deməyə əsas verir ki, Ə.Kərimli namizəd olaraq çıxış etməklə dağıdıcı müxalifət düşərgəsində özünə qarşı olan narazılıqları daha da dərinləşdirəcək. Nəzərə almaq lazımdır ki, AXCP daxilində apardığı siyasətə etiraz edən və bu səbəbdən də onun sədr olmasına qarşı çıxış edən cəbhəçilər var. Hansı ki, narazı cəbhəçilər sonuncu qurultayın nəticələrini qəbul etmədiyini bildirərək bu barədə Ədliyyə Nazirliyinə şikayət ünvanlayıblar. Belə bir ağır məqamda Ə.Kərimlinin namizəd olaraq çıxış etməsi AXCP daxilindəki gərginliyi daha da dərinləşdirmiş olacaq. Hətta AXCP-nin parçalanması da ehtimal olunur. Çünki narazı şəxslər Ə.Kərimlinin namizədliyinin irəli sürülməsinin cəbhəçilərin üzünə tüpürmək kimi qiymətləndirib, özlərinə təhqir hesab edəcəklər. Yollarını Kərimlidən ayırmaqla cəmiyyətə nümayiş etdirməyə çalışacaqlar ki, onlar ləkəli bir şəxslə yol getmirlər.

İ.ƏLİYEV

Digər xəbərlər