Siyasət

  • 3 306

İrəvan illüziyalar içindədir: Dəhliz oyunu ona baha başa gələ bilər - ŞƏRHLƏR

image

Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimovun bu yaxınlarda verdiyi müsahibə Ermənistanın qəzəbinə səbəb olub. Bu başa düşüləndir, çünki rusiyalı diplomat, əslində, İrəvanı regional nəqliyyat kommunikasiyalarının blokunun açılmasını ləngitməkdə ittiham edib.

Rusiya İrəvanın inadkarlığına nə vaxta qədər dözəcək? Ermənistan öz öhdəliklərindən niyə boyun qaçırır? Bu və digər sualları rusiyalı politoloqlar Caliber.Az-a cavablandırıb. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov qeyd edib ki, Rusiyanın Türkiyəyə birbaşa marşrutu var- bu, çox əlverişli su (Qara dəniz) yoludur və İranla ticarət üçün Azərbaycan və ya Xəzər dənizi vasitəsilə tranzitdən istifadə edir.

“Ermənistandan Türkiyəyə dəhliz, məncə, Rusiya üçün iqtisadi baxımdan o qədər də maraqlı deyil, baxmayaraq ki, bu, təbii ki, Cənubi Qafqazın kommunikasiya imkanlarını genişləndirə bilər. Deyərdim ki, məsələ bir qədər fərqlidir - Rusiyanın bu layihədə iqtisadi deyil, regional-siyasi marağı var”,- deyə politoloq əmindir.

Onun sözlərinə görə, buna baxmayaraq, dəhliz yaranarsa, Rusiya onun qarantı olmağa, hətta infrastruktur və modernləşdirməyə sərmayələr qoymağa çalışacaq.

“Ermənistanın davranışına gəlincə, Paşinyan zəifdir və Əliyevdən qorxur, çünki o, anlayır ki, Fransa və ABŞ onu müdafiə etməyəcək. Ona görə də Bakı və Moskvanın təzyiqi altında o, dəhliz boyu tamamilə mağaraya girə bilər”, - politoloq əmindir.

İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru, politoloq və iqtisadçı Stanislav Tkaçenkonun fikrincə, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin açılışını yubatmaqda israrlı olmasının səbəbləri tamamilə diplomatiya sferasındadır və iqtisadi məzmunca heç bir əsası yoxdur. Bununla belə, İrəvan illüziyaların əsirindədir.

“Yerevan səhvən bu layihəni özünün danışıqlar resursu hesab edir ki, bu da Ermənistana layihədə maraqlı olan qonşu dövlətlərlə münasibətlərin digər sahələrində müəyyən üstünlüklər verə bilər. Onların arasında təkcə Azərbaycan və hələ də diplomatik əlaqələri olmayan Türkiyə deyil, dost İran və müttəfiq Rusiya da var”,- Tkaçenko qeyd edib.

Bu gün erməni diplomatiyasının əsas narahatçılığı 2023-cü ilin sentyabrında Qarabağda hərbi məğlubiyyətin daxili siyasi nəticələrini minimuma endirməkdir. Həmsöhbətimiz deyir ki, bu mövzu hələ də Ermənistan cəmiyyətində fəal müzakirə olunsa da, İrəvan hərbi uğursuzluqlarının səbəblərini daim və daha ətraflı izah etməlidir.

“Hazırda Ermənistanın hakim dairələrində ən populyar olan izahat Rusiya ilə müttəfiqliyə yanlış stavka və Avropa seçimindən eyni dərəcədə yanlış şəkildə imtina, eləcə də ABŞ, Fransa və Hindistanla münasibətlərin inkişafı kimi başa düşülən çoxvektorlu siyasətdir. Lakin Rusiya baxımından Qarabağdan çəkilmə qərarını Paşinyan 2020 və 2023-cü illərdəki hərbi məğlubiyyətlər nəticəsində verib. Moskva Qazaxıstan və Qırğızıstan kimi müttəfiqlərinin çoxvektorlu xarici siyasətinə rəğbət bəsləyir, lakin etmədiyi hərəkətlərə görə haqsız yerə ittiham olunanda kəskin reaksiya verir.

Rusiya FSB sərhəd qoşunlarının Zəngəzur dəhlizində olmasına gəlincə, bu barədə qərar 2020-ci ilin noyabrında Ermənistanın razılığı ilə qəbul edilib, onun baş nazirinin imzası Üçtərəfli Bəyanatda var. Moskva, görünür, İrəvanın dəhlizin yaradılması üzrə danışıqları ləngitmək siyasətindən tezliklə əl çəkəcəyinə ümid etmir. Rusiyanın Azərbaycandakı səfiri Evdokimovun son bəyanatı bir tərəfdən Aralıq dənizi ilə Türkiyə, digər tərəfdən Xəzər dənizi və Rusiya arasında qarşılıqlı faydalı nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsindən imtinanın Moskvada pisləndiyinə işarə oldu və onların mənfi siyasi və iqtisadi nəticələrinə görə məsuliyyət yalnız Ermənistanın üzərinə düşəcək”, - S. Tkaçenko bildirib.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər