PDF Oxu

Siyasət

  • 914

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

image

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub. Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması (qarşılıqlı nəzərə alınması) qaydasının şərh edilməsinə dair Bakı İnzibati Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 7-nə təyin olunmuş iclasında baxılacaq.

Digər xəbərlər