Siyasət

  • 1 355

Hələ də Cəmil Həsənli SSR-nin xiffətini çəkir ANALİZ

image

İnsan bacarmadığı, biliyi, savadı çatmadığı işin arxasınca getsə, o şəxsin uğur qazanmayacağı şübhəsizdir. Xüsusilə də, siyasətə baş vurub nəticə əldə etmək istəyənlər daha çox uğursuzluğa düçar olurlar. Azərbaycanın dağıdıcı müxalifətin təmsilçilərini boy sırasında düzüb şəxsi işlərini araşdırsan, məlum olar ki, onlar siyasi biliklərə malik deyillər. Birincisi ona görə ki, bu şəxslər siyasət nə olduğunu və siyasətin özündə hansı tələbləri birləşdirdiklərini anlamırlar. Sadəcə, bir-iki dəfə icazəsiz aksiyalarda iştirak ediblər, eyni zamanda, sosial şəbəkələr vasitəsi ilə anormal paylaşmalarına görə onlara “layk” ediblər, düşünürlər ki, artıq peşəkar siyasətçidirlər. Halbuki siyasətə deyil, bacardıqları işin arxasınca getsəydilər, bəlkə də uğur qazanar, cəmiyyətdə özlərinə layiqli yer tutardılar. Fikir verin, Milli Şuranın sədri Cəmil Həsənli siyasətə gələnə qədər elmi fəaliyyətlə məşğul idi. Azdan- çoxdan özünü araşdırmaçı tarixçi olaraq göstərməyə çalışırdı, bir-iki cızma-qaranı da kitab şəkilinə salıb dövriyyəyə buraxmışdı. Əli Kərimli peyda olub özünə tay etməsəydi, C.Həsənli öz üzərində işləməklə, püxtələşə və arzu etdiyi xəyallarını gerçəkləşdirə bilərdi. Lakin “sən saydığını say, gör Əli Kərimli nə sayır”. Ə.Kərimli 2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyov layihəsinin işə yaramadığını anladıqdan sonra C.Həsənlinin başını piyləyib, onu aktiv siyasətə qoşdu. Bununla da demək olar ki, C.Həsənlinin evini yıxdı.

Cəmil Həsənli: "Üzərindən 35 il bir vaxt keçməsinə baxmayaraq, çoxları kimi mən də hələ də Sovet İttifaqının həsrətini çəkirik"

C.Həsənli Ə.Kərimlinin qurduğu məkrli tora düşüb, siyasi çirkaba bulaşdıqdan bir müddət sonra həyatında və ətrafında hansı fəlakətin yaşandığını anladı. Lakin artıq gec idi. C.Həsənli maddi vəziyyətini düzəltsə də, siyasətçi ola bilmədi. Bu bacarıqsızlığından və zəif siyasi bilgilərindən geninə-boluna istifadə edən Ə.Kərimli onu daha geniş şəkildə öz zibillərinə şərik etdi. Nəticədə C.Həsənli geri dönüşü mümkün olmayan vəziyyətlə üzləşdi. Hazırda C.Həsənlinin, əslində, hansı peşənin daşıyıcısı olduğu məlum deyil. O, gah sosial şəbəkələrdə bloger kimi çıxış edir, gah tiktoker olur, gah da “siyasətçi”lər kimi açıqlamalar verir, statuslar paylaşır. Bu baxımdan onu hər şeydə yarımçıq məxluq hesab etmək olar. Əgər siyasətdən az da olsa anlayışı olsa idi, “mən hər ay SOROS fondundan 200 ABŞ dolları pul alıram”, - deyə özünü ifşa etməzdir. Bu günlər isə C.Həsənli ironiya ilə qarşılanan açıqlama ilə çıxış etməklə özünü bir daha rüsvay edib. O özünün sosial şəbəkə hesabında paylaşdığı statusunda bildirib ki, çoxları kimi o da SSR-nin dağılmasının əlehinə olub: “Üzərindən 35 il bir vaxt keçməsinə baxmayaraq, çoxları kimi mən də hələ də Sovet İttifaqının həsrətini çəkirik, kommunizmin xiffəti ilə yaşayırıq”. Bu cümlələrdən belə anlaşılır ki, C.Həsənli siyasi burulğan içində boğulur. Öhdəlikləri və qarşısına qoyulan vəzifələri yerinə yetirə bilmədiyindən çətinliklərlə üzləşib. Ona görə də, sovet ittifaqının xiffətini çəkir. Düşünmək olar ki, sabah kommunistlər dirçəlib iddialarını gerçəkləşdirməyə çalışsa, onların önündə gedəcək şəxslər sırasında C.Həsənli birincilərdən olacaq.

Ə.Kərimlinin umacı dostuna xəyanət etməkdən, əqidə yoldaşından üz döndərməkdən yoğurulub

Söz yox ki, Sovet İttifaqının yenidən bərpa olunması və kommunistlərin önə çıxması bundan sonra mümkünsüzdür. Təbii ki, reallığı C.Həsənli də dərk edir. Ona görə də, susur və xəyalında qurduğu planlarını açıq şəkildə dilə gətirmir. Sadəcə, siyasi savadsızlığı səbəbindən aradabir ağzından quş buraxır. Görünən ondan ibarətdir ki, artıq əksər AXCP funksionerləri C.Həsənlinin düşüncəsində ağır pozuntular getdiyini başa düşürlər. Hətta Fuad Qəhrəmanlı Əli Kərimli ilə telefon söhbətində C.Həsənlinin ağlında ciddi problemlər yaşandığını dilə gətirib. Məhz bu qüsurları əsas gətirərək F.Qəhrəmanlı C.Həsənli ilə söhbətlərində ehtiyatlı olmağı Ə.Kərimliyə məsləhət görüb. Hətta bəzi cəbhəçilər C.Həsənli ilə əlaqələrin kəsilməsini və onun Milli Şura sədrliyindən uzaqlaşdırılması məsələsinin tezləşdirilməsinin vacibliyini qeyd edirlər. Bütün bunlar onu təsdiq edir ki, Ə.Kərimli istifadəyə yararsız hesab etdiyi istənilən keçmiş əqidə dostunu dəftərindən silməkdən çəkinmir. Necə ki, AXCP MNTK sədri Aydın Əliyevi, AXCP sədr müavini Sahib Kərimlini, partiya fəalları Elçin Xəlilovu, Vüqar Quliyevi və digərlərini rəhbərlikdən uzaqlaşdırmaqla kifayətlənməyib, AXCP sıralarından da xaric etdi. Bu baxımdan, günün birində C.Həsənli ilə yollarının ayrıldığını bəyan etsə, təəccüblü görünməyəcək. Çünki Ə.Kərimlinin umacı dostuna xəyanət etməkdən, əqidə yoldaşından üz döndərməkdən yoğurulub.

İLHAM ƏLİYEV

Digər xəbərlər