Siyasət

  • 4 392

Şirvan kanalı istifadəyə verilməsinin müsbət təsiri olacaq - ŞƏRH

image

Bildiyimiz kimi Azərbaycanda son illər çoxsaylı layihələr həyata keçirilir. Bu layihələrdən biri də Şirvan suvarma kanalının yenidən qurulması ilə əlqədar təməlqoyma mərasimi olmuşdur. Mərasimdə Prezident ilham Əliyev iştirak etmiş, görülən işlər və perspektivlər haqında proqram xarakterli çıxış etmişdir. Çıxışda dövlət başçımız bir sıra məsələlərə diqqət yetirmişdir.

Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Şirvan kanalı uzun illərdir fəaliyyət göstərib. İstismar nəticəsində illər keçdikcə kanalın böyük bir hissəsi sıradan çıxmışdır. Su sızması nəticəsində ətraf ərazilərin şoranlaşmasına gətirib çıxarıb. Kanal 1958-ci ildə inşa edilib. Bu kanalın yenidən inşa edilməsi və minlərlə insanın bu layihədən yararlansı nəzərdə tutulub. Qeyd edək ki, bərpa işlərindən sonra kanalın uzunluğu təxminən 2 dəfə artırılacaq və 200 km.dən çox olacaq. Bu icranın başa çatmasından sonra 230 min hektar əkin sahəsini əhatə edəcək. 10 ildən çoxdur ki Hacıqabul gölü quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun təbiətə müsbət təsiri olacaq. Son illərdə geniş miqyas alan infrastruktur layihələri var. Buna misal olaraq elektrik enerjisi, avtomobil yolları, dəmiryolları, su kəmərləri, eləcə də içməli su layihələri artıq öz səmərəsini göstərməkdədir. Şimal və qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi artırılmışdır. Bu mənada bu layihələrin içində ən əhəmiyyətlisi Şirvan kanalı olacaq.

Qeyd edək ki, Qarabağ kanalının inşası isə gələn il başlayacaq. Qarabağ kanalı 115 min hektar sahəni əhatə edəcək və bu su anbarlarımız gücünə görə 9 rayonu əhatə edəcək. Təbii ki, kənd təsərrüfatının inkişafı məşğulluğun artması, bir başa vətəndaların rifah halinin yaxşılaşdırılmasına xidmət edir. Bu gün bütün dünyada iqlim dəyişikliyi ilə əlaqədar böyük narahatlıq var. Əlbətdə ki, bu dəyişiklik Azərbaycanda da özünü göstərir. Bu il hava kifayət qədər yağıntılı olduğuna görə su anbarlarına ehtiyatımız var. Əvvəlki illərdə isə biz hər il quraqlıqla üzləşirdik. Dağlarımıza daha az qar yağırdı, çaylarda suyun səviyyəsi aşağı düşür və quruyurdu. Eyni zamanda Xəzər dənizinin dayazlaşması göz önündədir. Bütün bunları nəzərə alaraq su ehtiyatlarından səmərəli istifadə etmək başlıca vəzifəyə çevrilir. Azərbaycan bir çox sahələrdə infrastruktur layihələri həyata keçirmiş, problemləri həll etmişdir. Bu gün qarşıda duran vəzifə isə içməli su və suvarma layihələri olacaq. Hər bir Azərbaycan vətəndaşı suya qənaət etməlidir. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Azərbaycanda gələcəkdə 10-dan çox su anbarı inşa ediləcək. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil su ehtiyatlarımızı da işğal etmişdi.

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda olan su ehtiyatları bizim ümumi ehtiyyatlarımızın 25 faizini təşkil edir. Xatırladaq ki, bir müddət əvvəl Ağdamda Xaçıncay su anbarının açılışı olmuşdur. O cümlədən Füzuli rayonunda da su anbarının açılışı olacaq. Bu gün Zabux su anbarının inşası gedir, Suqovuşan su anbarı da yenidən qurulub. Eyni zamanda Həkəriçay, Bərgüşadçay su anbarlarınn inşası isə nəzərdə tutulub. Həmin vaxtda yeni əkin yerlərinin sahəsi 100 min hektara yaxın olacaq. Əlbətdə ki, bu görülən işlərin dünyada misli bərabəri yoxdur. Həmçinin yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları cəmi üç il ərzində görülmüş bu işlər dövlətimizin hökumətimizin iradəsini göstərir. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür. Bundan sonra Xəzərin suyundan da həm suvarma məqsədli, həm də içməli su kimi istifadə etmək mümkün olacaq. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri və kənd təsərrüfatı işləri geniş vüsət alıb. Dogma yurd-yuvalarına qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda ən müasir texnologoyaların tətbiqi nəticəsində burada məhsdarlıq geniş vüsət alacaq. Təbii şərait Qarabağ və Zəngəzurda həm heyvandarlıq, həm də bitkiçilik üçün çox böyük imkanlar yaradır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər