Siyasət

  • 1 518

Azərbaycan dünyanın güc mərkəzinə çevrilir - TƏHLİL

image

80 milyonluq dünya azərbaycanlılarının Lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi olaraq Qalib Sərkərdə olaraq yazdırdı

Azərbaycanın sosial- iqtisadi cəhətdən inkişaf etməsi, hərbi qüdrətinin daha da artması dünyanın güc mərkəzlərinin ölkəmizə olan inam və etimadın möhkəmlənməsinə imkanlar yaradıb. Artıq əksər ölkələr və böyük nüfuza malik beynəlxalq təşkilatlar Azərbaycanın istənilən mövqeyi, təklif və irəli sürdüyü ideyaları ilə razılaşırlar. Söz yox ki, Azərbaycanın qüdrətli dövlət olaraq qəbul edilməsində və tanınmasında 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsi xüsusi rol oynayır. Təbii ki, dövlətimizi və xalqımızı gözləyən uğurlarımız hələ qabaqdadır. Çünki Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Azərbaycana Fateh Sərkərdə, Uğurlarımızın və qələbələrimizin təminatçısı, Prezident İlham Əliyev rəhbərlik edir. Məhz Fateh Sərkərdə, Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsi dövründəki titanik fəaliyyəti, müdirik Liderlik bacarığı sayəsində 30 illik erməni işğalına son qoyuldu, torpaqlarımız azadlığına qovuşdu. Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində demişdir: “Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Parlaq qələbələrin əsasının qoyulduğu tarix

Birmənalı şəkil də qeyd etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü il prezident seçkiləri öncəsi xalqa verdiyi bütün vədlərini artıqlaması ilə yerinə yetirib. Bununlada həm də tarixə vədinə və imzasına əməl edən Lider kimi düşüb. Ulu Öndər Heydər Əliyev 01.10.2003-cü il tarixli xalqa müraciətində deyilirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Beləliklə qədirbilən Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına üçün Onun ən layiqli siyasi varisi Cənab İlham Əliyevə verdi. 20 il ərzində Azərbaycan iqtisadiyyatı davamlı və dinamik inkişaf edib, böyük tərəqqiyə, nailiyyətlərə imza atılıb. Ötən 20 il ərzində reallaşdırılan irimiqyaslı beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il də Xankəndi şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltdığı zaman əldə olunan uğurlardan bəhs edərkən demişdir: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” .

Qarabağ inkişaf edir, insanlar öz doğma yurdlarına qayıdırlar

Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurları beynəlxal maliyyə inistitularıda yaydıqları hesabtalarda qeyd edirlər. Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 190 dövlət arasında 25-ci yeri tutub. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədirAzərbaycanın neft sektoruna investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Son 20 ildə iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlib. 2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər.

Ulu Öndərimizin dediyi “Azərbayan dünyaya günəş kimi doğacaq” tarixi fikri reallaşır

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. İnvestisiyaların yatırılması Azərbaycanın sabit, sakit və iqtisadi dividend əldə etmək baxımından cəlbedici ölkə olamsından irəli gəlir. Zamanında Ulu Öndərimiz Heydər Əliyev demişdir” İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Məhz bu tezisi rəhbər tutan dövlət başçımız Azərbaycanı daha böyük social iqtisasi uğurlara aparan siyasət həyata keçirdi. Artıq müsbət nəticələri var. Azərbaycanın dünyanın ən inkişaf edən dövlətləri sırasında ön sırada qərarlaşır. Təbii ki, iqtisadi uğurlar əhalinin social cəhətdən daha firavan yaşamasına imkanlar yaradır. Eyni zaman da iqtisadi qüdrətimiz hesabına işğaldan azd edilən bölgələrimiz yenidən qurulur, bərpa olunur. Quruculuq abadlıq işlərinin həyata keçirildiyi əksər işğaldan azad edilən şəhər və kəndlərimizə insanlar köçürülür. Bu isə insanları sevindirir, əhali Prezidentimizə öz təşəkkürlərini, minnatdarlıq hisslərini ifadə edirlər. Ümumil də demək olar ki, Azərbaycanımızın bütün bölgələrində yeni dövrün tələblərinə uyğun olaraq inkişaf strategiyası həyata keçirilir. Həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə iyeni iş yerləri yaradılır, iaşə obyektləri, zavod və fabriklər inşa edilir. Məhz konkret proqramların uğurla icra edilməsi nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşüb. Son beş il ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldılıb ki bunda 80 faizi daimi iş yerləridir. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Bütün bu işlər Azərbaycanın yeni uğurlarından xəbər verir. Ümumilik də isə o fikiri vurğulamaq olar ki, Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyev ötən 20 il ərzində bəyan etdiyi strateji hədəflərə nail olub, verdiyi vədləri yerinə yetirib. Ona görə də bu gün Azərbaycan bəşəriyyətin ən sayılıb, seçilən və hörmət edilən dövlətinə çevrilib. Bu və digər uğurlara, xüsusilə də, 30 il erməni işğalı altında qalmış torpaqlarımızı azad edib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, 80 milyonluq dünya azərbaycanlılarının Lideri, Prezidentimiz İlham Əliyev bəşər tarixinə adını əbədi olaraq Qalib Sərkərdə olaraq yazdırdı. Tam əminliklə demək olar ki, qələbələrimiz və uğurlarımız hələ qabaqdadır. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, “Azərbayan dünyaya günəş kimi doğacaq”.

İLHAM ƏLİYEV

Digər xəbərlər