Siyasət

  • 1 122

Şirvan su kanalının yenidən qurulması davamlı inkişafın göstəricisidir - ŞƏRH

image

Dünya quraqlıq problemi ilə üz-üzədir və buna görə də sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Son illər qlobal iqlim dəyişmələri və Respublikada suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülür. Kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması üsullarından istifadə edilir. Bu istiqamətdə görülən işlər ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir.

16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna səfər edib. Səfər zamanı cənab prezident yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoymuş və çıxış etmişdir. Ölkə başçısı çıxışında söyləmişdir: “Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır”. Ölkə başçısı 8 aprel 2024-cü il haqqında Yuxarı Şirvan suvarma kanalının yenidən qurulması və Şirvan suvarma kanalı adlandırılması barədə Sərəncam imzalamışdır.

Şirvan su kanalı mənbəyini Mingəçevir su anbarından götürmüş və 1958-ci ildə istismara verilmişdir. Kanaldan Hacıqabul, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının əkin sahələrində istifadə edilir. İcra ediləcək layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Bu kanal 10 rayonu əhatə edəcəkdir. Bununla bərabər həmçinin 10 ildən çoxdur quruyan Hacıqabul gölü də dolacaq və təbiətə müsbət təsiri olacaqdır. Yenidən təməli qoyulan su kanalının uzunluğu əvvəllər 120 kilometr idisə, indi artıq 200 kilometrdən çox olacaq. Kanalın yenidən qurulmasında Türkiyənin “Su Yapı” şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb.Şirvan, Qarabağ və Taxtakörpü ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Qəbul edilmiş layihələr əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Artıq Qəbələ rayonundakı Yengicə su anbarının inşasına başlanılıb.Suya qənaət hər birmizin işidir. Cənab Prezident İlham Əliyevin dediyi sözlər, verdiyi bütün vədlər hər zaman yerinə yetirilir və bu gün layihələr tam icra olunur. Bu gün ölkədə görülən işlər planlı şəkildə edilir. Hər qarış torpaqdan maksimum məhsuldarlıq üçün səmərəli istifadə olunur.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu

üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər