PDF Oxu

Siyasət

  • 1 291

Keniya Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib

image

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir: “Zati-aliləri.

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Yaralananların tezliklə sağalmalarını diləyirik. Keniya bu kədərli günlərdə Azərbaycan xalqı ilə tam həmrəy olduğunu bildirir.
Uca Tanrı bu ağrı-acılı günlərdə Azərbaycan xalqına güc və səbir versin.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”

Digər xəbərlər