Siyasət

  • 926

15 iyun - Zəfərə aparan tarix ŞƏRH

image

15 iyun – yeni yolun, Zəfərin başlanğıcı, Müstəqil Azərbaycanın gələcəyi, xalqın xoşbəxtlyi oldu. Adi günlərdən biri olan 15 iyun indi qürurla qeyd etdiyimiz bayramlardan biri olub. Bu tarix bir vaxt bütün xalqın taleyini dəyişəcək, xalqın taleyini həll edəcək. Belə tarixin sıralarına çox tarixlər qoşuldu və qoşulmaqdadır.

Heydər Əliyevin hər birimizin, hər bir vətəndaşın, hər bir azərbaycanlının həyatında böyük rolu var. Son 30 ildə ölkəmizdə baş verən hadisələrdən kifayyət qədər məlumatlıyam. Ölkə qardaş qırğını, vətəndaş müharisbəsi təhlükəsini yaşayırdı. Ancaq indi qalib, modern, azad və güclü dövlət görürük. Bütün o günlər, aylar və illər mənim gözümüzün önündən keçir.

9 iyun tarixini də qeyd etməyi özümə bor bilirəm. 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvan Muxtar Respublıkasından Bakıya gəldi. Xalqımızın və dövlətimizin qurtuluşu məhz bu tarixdən başlayır. Həmin günlər orta və yaşlı nəslın yaddaşına əbədi həkk olunub.

İndi artıq bu təqvim günü siyasi, ictimai və tarixi gündür. Bu tarixi yazan isə Azərbaycanın müstəqilliyini qoruyub saxlanılmasında, inkişafında böyük rol oynayan ulu öndər Heydər Əliyevdir. Ölkəmiz 90-cı illərin əvvəllərində müstəqillik qazandı. Ancaq həmin müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətin idi. Çünki həmin dövrdə ölkəmiz xaos vəziyyətdə idi. Səriştəsiz iqtidar hakimiyyəti ölkənin xarici və daxili siyasətini bərbad vəziyyətə salmışdılar. Ölkədə vətəndaş qarşıdurması yaranmışdır. Belə bir vaxtda müdrik azərbaycan xalqı ölkəni bu vəziyyətdən çıxara biləcək yalnız Ümumimilli lider Heydər Əliyev olacağını bilirdi. Xalq ümumimilli liderə müraciət etdi. Ümumimilli lider xalqın istəyi ilə hakimiyyətə gəldi. Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə həm daxili həm də xarici siyasətin düzgün istiqamətlənməsinə səbəb oldu. Ümumimilli lider Heydər Əliyev müstəqilliyimizin qarantına çevrildi.

Ulu öndər Heydər Əliyevin qayıdışı ölkəmizdə baş verən qardaş qırğını ilə vətəndaş müharibəsinə, Azərbaycanın parçalanma təhlükəsini aradan qaldırdı.

Ümummilli lider Heydər Əliyev Milli Məclisin 1993-cu il iyunun 15-də keçirilən iclasındakı çıxışda Azərbaycan inkişaf strateqiyasını elan etdi və sonrakı fəaliyyətində onları həyata keçirdi. Ölkədə siyasi-ictimai sabitlik bərpa olundu. Ölkəmizin iqtisadi potensialı gücləndi. Bütün sahələrdə inkişaf başladı.

Ulu öndər Heydər Əliyev Sovet dönəmində rəhbər olarkən Azərbaycanda 250-dən çox sənaye və istehsal müəssələri yaradıldı. Elm sahəsində də Heydər Əliyevin böyük rolu olmuşdur. O dövrdə Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasınına göstərdiyi diqqəti də qeyd etmək vacibdir. AMEA-nın nəzdində bir çox elmi tədqiqat institutları yaradıldı. Hal-hazırda elm, təhsil sahəsində, dövlət idarəçiliyində və digər sahələrində fəaliyyət göstərən kadrların bir çoxu Heydər Əliyevin sovet dövründə hazırladığı kadrlardır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin nəticəsidir ki, bu gün dünyagörüşlü yeni nəsil yetişir. Azərbaycan gəncliyi Heydər Əliyev xalqımızın qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirib və qiymətləndirəcək. Hal-hazırda gənclər aparıcı qüvvəyə çevrilib. Gənclərimiz bütün sahələrdə uğurlar qazanır, qalib Azərbaycanı layiqincə təmsil edir.

Ulu Öndər Heydər ƏliyevMənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Bəli,Umimmilli Lider Heydər Əliyev ömrünün axrına qədər Azərbaycanın müstəqilliyini qorunub saxlanmasına həyatını həsr elədi və indi də Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyev bu yolu davam edir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə ikinci dəfə gəlişi də Azərbaycanın ağır dövrünə təsadüf edir. O dövrdə Azərbaycan böhranlı günlərini keçirirdi. İqtisadiyyatı yox dərəcəsində olan ölkəni yenidən diriltmək elə də asan deyildi. Dağılmış istehsal sahələrini bərpa etmək üçün əhalının məşğulluğunu təmin etmək üçün Heydər Əliyev Neft strategiyasından başlamağa qərar verdi. “Əsrin müqaviləsi” hələ də öz bəhrəsini verməkdədir.

Bir-birini əvəz edən ölkə rəhbərliyi hakimiyyəti idarə edə bilmədi. Hətta xarici əlaqələr demək olar ki, yox vəziyyətdə idi. Hakimiyyətə can atanlarin marağı Azərbaycanı bu böhrandan qurtarmaq deyil, zor gücünə vəzifəyə gəlmək idi. Azərbaycanın çox agır vəziyyətində hakimiyyət dəyişiklikləri bu böhrandan qurtara bilmədi. Müharibə dövrünü yaşayan Azərbaycanı bu böhranlı gündən yalnız zəka və etiqad çıxara bilərdi. Elə bir şəxs gəlməli idi ki, hakimiyyət dəyişikliyinə son qoysun. Belə ki, bir qrup azərbaycanlı ziyalıları yeni siyasi partiya yaratmaq üçün Heydər Əliyevə müraciət edir. Heydər Əliyev bu müraciətə müsbət cavab verir. 1992-cı ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası yaradılır və partiyanın sədri Heydər Əliyev seçilir. Azərbaycan xalqı öz seçimini düzgün etdi və seçimin düzgün olduğunu Azərbaycan bu günkü günü təsdiq etdi. Güclü dövləti qurmaq üçün düzgün idea olmalıdır, ideasiz adam öz gələcəyini qura bilməz, o ki qaldı dövlətin gələcəyi. Belə bir ideaya yalnız ümummilli lider Heydər Əliyev malik idi. Yeni Azərbaycan Partiyasının yaranması ictimai-siyasi həyatda böyük yenilik idi. Heydər Əliyev də Yeni Azərbaycan Partiyasının yaranmasını özünün şah əsəri kimi sayırdı. “Biz elə dövlət qurmalıyıq ki, heç bir yerdə əyilməsin, dağılmasın” – Heydər Əliyev. Və həqiqətəndə belə oldu. Azərbaycan dövləti öz qüdtərini, əyilməməzliyini 44 günlük müharibədə sübut etdi.

Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti bu günkü vətənpərvər gənclərimiz yetişməsinin təməlini qoydu. Məhz o gənclərin sayəsində Ali baş komandanımızın rəhbərliyi ilə torpaqlarımız azad edildi. Bu gün Azərbaycana ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı ali baş komandan İlham Əliyev başçılıq edir. Azərbaycan xalqı həmişə Heydər Əliyev siyasətini əsas tutub. Udur ki, Azərbaycan qalib gəlir, sürətlə dəyişir. Hörmətli prezidentimiz cənab İlham Əliyevin bütün beynəlxalq görüşlərdə Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir, uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq problemlərin həllində də ali baş komandamızın rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyevin düzgün və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu müharibəyə son qoydu. 44 gün ərzində bütün dünyanın gözü qarşısında Ermənistan ordusu darmadağın edildi. Qarabağ Azərbaycanındır. Ali baş komandan, hörmətli prezidentimiz cənab İlham Əliyev dediyi kimi: “Qarabağ – Azərbaycandır!”Prezident cənab İlham Əliyevin xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident cənab İlham Əliyevin bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Hərb elminin prinsipləri əsasında yaradılan ordumuz müasir təcrübə əsasında formalaşdı. Heydər Əliyev həmişə çıxışlarında deyirdi: "…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var".

Ulu Öndərimizin ruhu şad olsun!

Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Yaşasın müstəqil Azərbaycan dövləti! Yaşasın Ali baş komandan İlham Əliyev!

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər