Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya keçirilib.Aksiya çərçivəsində Nizami rayonunda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, “Qayğı” reabilitasiya mərkəzi, Autizm Mərkəzi, eyni zamanda Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları ziyarət edilib.Ziyarət zamanı rayon təşkilatının nümayəndələri və könüllülər mərkəzlərdə yaradılmış şəraitlə tanış olub, uşaqlarla görüşüb, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.