Siyasət

  • 1 983

Andına sadiq Ulu Öndər - ŞƏRH

image

Böyük şəxsiyyətlər tarix yazır, onun nizamını qurur və bununla lokal mənada da öz xalqına, qlobal mənada bəşəriyyətə öz inkşaf töhfələrini verir. Belə bir liderə sahib olmaq isə hər xalqa və milətə nəsib olmur. Ancaq qürurvnrici haldar ki, Azərbaycan xalqı dünya miqyasında tanınmış, dünyanın müdrik dövlət adamı kimi qəbul etmiş bir liderə sahib idi. Bu tarixin sınaqlarından həm xalqını, həm də özünü ləyaqətlə çıxarmış Ulu Öndər Heydər Əliyev idi.

Ümummilli liderimizin ən böyük dahiliyi onda idi ki, O, hətta nail olunması mümkünsüz görünən ən çətin və mürəkkəb hədəflərə doğru qətiyyətlə addımlayaraq müsbət nəticəni əldə edirdi. Həm də yorulmadan, usanmadan. Çünki güc aldığı qüvvə xalqına bağlılığı və vətənsevərliyi idi.

Qeyd edək ki, Ulu Öndərin ən önəmli tarixi missiyaları Vətənimizin ən dar məqamlarında təzahür edib. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını şərəf və ləyaqətlə yerinə yetirdi. Yenicə müstəqillik qazanmış dövlətimizi iflas olmaqdan xilas etdi. Ölkəmizi həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas etmək heç də asan vəzifə deyildi. Ancaq Ulu Öndər bacardı.

Özünün böyük idarəçilik təcrübəsinə istinad edən Ulu Öndər müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirmişdir ki, iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasında diaspor quruculuğu əsasdır. Ulu öndərin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” çağırışı bütün dünya azərbaycanlılarını bir əqidə ətrafında topladı.

İlk olaraq müxtəlif ölkələrdə Azərbaycan mərkəzlərinin, diaspor təşkilatlarının yaradılmasına nail olan ümummilli lider Heydər Əliyev sonra onların bir mərkəzdən idarə olunmasının vacibliyini önə çəkdi və 2001-ci ilin mayın ayının 23-də imzaladığı sərəncamla həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Həmin tədbir dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Ümumilli lider həmin tədbirdəki məzmunlu çıxışında vurğulamışdır ki, Azərbaycan harda yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir: “Bizim hamımızın bir vətəni var - bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”

Ulu Öndər hakimiyyətinin ilk illərində ölkəmizdə siasi əmin- amanlıq yaratmaqla yeni inkişaf prioritetləri müəyyənləşdirdi. Bu dahi insanın ilk gündən Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atdığı addımların miqyası bugünkü uğurlarımızın təməl daşı idi. Xüsusilə ermənilərin və erməni diasporunun əsassız iddiaları sayəsində ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “907-ci düzəliş”in əsassızlığı öz təsdiqini tapdı. Ulu öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Nəticədə dünya Azərbaycanın işğala məruz qaldığını, ədalətin bizim tərəfimizdə olduğunu görür və anlayırdı.

Müstəqilliyimizin ilk illərində ölkəmizin hansı durumla üz-üzə qaldığı bəllidir. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarışdığından torpaqlarımızın işğalı da davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızlıq, informasiya blokadasında olması erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi. Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Yəni, ölkəmiz xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu, müstəqilliyimizin daimiliyi təmin edildi.

Ən başlıcası isə Ulu Öndərin prinsipal daxili siyasəti nəticəsində respublikada ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formalaşdırdı. Dahi şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Bunula da ölkəmiz iqtisadi dirçəliş və inkişaf mərhələsinə qədəm qoydu. Nəticədə respublikamız az bir zaman kəsiyində nəhəng investisiyalar məkanına çevrildi. Xüsusilə Azərbaycana xarici ölkələrin və qlobal şirkətlərin inamı artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.

Təbii ki, ilk olaraq Azərbacanın zəngin neft yataqlarına sərmayə qoymaq istəyənlər üçün azad iqtisadi mühit yaradıldı. Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişi imzalandı. Həmin tarixi müqavilə bir daha ölkəmizə inamın çox yüksək səviyyədə olduğunu göstərdi. Neftdən gələn gəlirləri olkəmizin ən mühüm problemlərinin həllinə yönəldən Ulu Öndər ilk növbədə ordu quruculuğunu önə çəkdi. Çünki güclü ordu, həm də işğalda qalaq torpaqların azad edilməsinin ilki qarantı idi. Bundan sonra Ümummilli lider 1999-cu ildə böyük uzaqgörənliklə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaratdı. Məqsəd neft gəlirlərinin idarə olunmasında şəffaflığın təminatı idi. Həmin fonda toplanan maliyyə vəsaitləri Azərbaycanın iqtisadi, hərbi, mədəni və sosial inkişafı üçün əsas baza oldu.

Ulu Öndər iqtisadi inkişafla bərabər, ölkəmizdə demokratik təsisatların da formalaşmasına xüsusi önəm verirdi. Bildirirdi ki, demokratiya olmayan yerdə ədalətli cəmiyyət və davamlı iqtisadi inkişaf mümkün deyildir: «Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.»

Məhz Ulu Öndərin demokratik dəyərlərə üstünlük verməsi Azərbaycanın 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına yol açdı və bir daha dünyaya bəyan edildi ki, Azərbaycan demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Məhz 1995-ci il noyabrın 12-də ümummilli liderin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən işlənib hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Bundan başqa, ulu öndər Heydər Əliyev tərəfindən senzuranın ləğvi də azad mətbuatın inkişafına yeni yeni imkanlar yaratdı. Bu dahi insan sonrakı mərhələdə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Xüsusilə qəzet və jurnalların dövlət nəşriyyatına borcları silindi. Mətbat bir çox vergilərdən azad edildi. Məhz mətbuata diqqət və qayğının nəticəsi olaraq Ulu Öndər 2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görüldü.

Ulu Öndərin digər mühüm addımı demokratik cəmiyyətin atributlarından olan siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyətinə şərait yaratması oldu. Bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Əks halda cəmiyyətdə siyasi mübarizə xaosa çevrilə bilər. Xüsusilə Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində Ulu Öndərin çox prinsipial addımları oldu. Belə ki, 2003-cü ilin mayında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, eyni zamanda, ümumxalq səsverməsinin (referendumun) demokratik, şəffaf və azad keçirilməsinə yeni imkanlar yaratdı.

Azərbaycan Ordusunun qüdrətlənməsi də Ulu Öndərin siyasi fəaliyyətinin əsas qəyəsi idi. Ona görə də ordunun kadr hazırlığının artırılması üçün ali-hərbi məktəblərin sayı artırıldı. O cümlədən, həmin məktəblərin hərbi-texniki bazaları genişləndirildi. Gənc zabitlərimiz qardaş Türkiyədə hərbi biliklərini NATO sisteminə uyğunlaşdırmaq üçün təlim və tədrisələ qoşuldular. Ordumuzdakı hərbi nizam intizamın səviyyəsi yüksəldi. Məhz Azərbaycan Ordusuna güvənən Ulu Öndər hər dəfə məcburi köçkünlərlə görüşündə inamla bildirirdi ki, gün gələcək işğaldakı torpaqlarmızı azad edəcəyik, Novruz tonqallarımızı həmin rayonlarımızda yandıracağıq.

Bəli, məhz Ulu Öndərin bu və digər mühüm arzu və istəklənrini qətiyyətli dövlət başçımız, müzəffər Ali Baş Komandanımız İlham Əliyev reallaşdırdı. 2003-cü ildən başlanan bu yol Azərbaycan tarixinə inamlı və qətiyyətli davamı kimi daxil oldu. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər sahədə atdığı addımları ilə bu siyasətə sadiqliyini nümayiş etdirib və etdirməkdə də davam edir. 2003-cü ildə ölkə Prezidenti seçiləndən sonra andiçmə mərasimində verdiyi ilk vədi də belə olmuşdur: «Azərbaycanı qüdrətli dövlətə çevirmək çün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.»

Yenə də qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımıza yol açan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə dünyaya pəncərə açıldı. Artıq bu gün «Cənub Qaz Dəhlizi», o cümlədən TAP, TANAP layihələrindən bəhs olunur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, «Cənub Qaz Dəhlizi» görülən işlərin zirvəsidir. Enerji sektorunda davamlı uğurların əldə olunması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin reallığa çevrilməsi dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artmasına, çoxtərəfli əməkdaşlığa xidmət edən yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Ötən illər uğurları sırasında yer alan «Yeni əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə artan roluna, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə bir daha işıq saldı.

Ötən 21 ildə Prezident İlham Əliyev məhz Ulu Öndərin siyasi kursuna və Vətən sevgisinə sədaqətlə xidmət edərək Azərbaycan dövlətininn qüdrətlənməsinə, bölgədə söz sahibi olmasına nail oldu. Ən başlıcası isə 30 ildir işğalda inləyən torpaqlarımız azad edildi. Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində düşmən dövlətin növbəti qanlı təxribatı Azərbaycan xalqının, Azərbaycan dövlətinin səbr kasasını birdəfəlik daşırdı. Səhər saatlarından etibarən Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum, əməliyyat ilə İkinci Qarabağ müharibəsinə başladı. Ordumuz cəmi 44 günə işğalçı ölkəni qarşısında diz çökdürdü, ona kapitulyasiya aktına imza atmağa, 10 noyabr bəyanatını imzalamağa, öz məğlubiyyətini öz dili ilə etiraf etməyə məcbur etdi.

Beləliklə Ermənistan üzərində tarixi Zəfər qazandıq.ünaqişə, nə cəbhə-təmas xətti, nə də status məsələsi qaldı, hamısı cəhənnəmə göndərildi, gorbagor edildi. 2023-cü ilin sentyabrın 20 –də isə birgünlük antiterror lokal tədbirləri ilə Xankəndidəki xunta birdəfəlik ləğv edildi. Terrorçuların rəhbərləri həbs edilərək Azərbaycanın ədalət məhkəməsinə təslim edildilər. Qüruverici məqam isə Ali Baş Komandanımızın Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda üçrəngli barağımızı göylərə ucaltması oldu. Bununla da Ulu Öndərin vəsiyyətləri və arzularıreallaşdı.

Bir sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı məğlub dövlət və məğlub xalqdan Qalib dövlət və Qalib xalqa çevrildi. Hətta Ermənstana gizli və açıq dəstək verən dövlətlər belə, tarixi Zəfərimizi qəbul və etiraf etməklə geri çəkilməyə məcbur oldular. Bəli artıq Qarabağ əbədiyyən bizimdir.

Vüsal Hüseynov,

YAP Xocavənd rayon təşkilatını sədri

Digər xəbərlər