PDF Oxu

Siyasət

  • 599

YAP Göygöl rayon təşkilatında tədbir keçirilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Qırıqlı kənd ərazi partiya təşkilatında "XIII Qlobal Bakı Forumu-fikir ayrılığından sülhə və inkişafa döğru" mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları iştirak ediblər.

Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra Müstəqil Azərbaycan Respublikasının yeni tarixi dövrdə keçdiyi inkişaf yolundan və əldə etdiyi uğurlardan danışıb, XIII Qlobal Bakı Forumuun ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq Prezident İlham Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən, milli maraqlara xidmət edən siyasət yürüdərək dövlətçiliyin inkişafı və xalqın xoşbəxt həyatı üçün əhəmiyyətli işlər gördüyündən söhbət açıb.

Partiya fəalı Xəyalə Quliyeva "XIII Qlobal Bakı Forumu-fikir ayrılığından sülhə və inkişafa döğru" mövzusunda məruzə ilə çıxış edib. Sonra Ərazi partiya təşkilatının sədri Elçin Əliyev, partiya fəallarından Sahibə Vəliyeva və digərləri məruzə ətrafında çıxışlar ediblər.

Bütün çıxış və nitqlərdə Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq ölkəmizin güçünün, qüdrətinin və beynəlxalq nüfuzunun artmasından bəhs edilib.

Çıxışlardan sonra təşkilati məsələyə baxılıb. İsmayılov Habil Nadir oğlu oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib.

Digər xəbərlər