PDF Oxu

Siyasət

  • 929

Müstəqilliyin rəmzi: şanlı tariximizin və zəfərimizin üçrəngli bayrağı - ŞƏRH

Müstəqilliyin rəmzi: şanlı tariximizin və zəfərimizin üçrəngli bayrağı - ŞƏRH

Hər bir xalqın dövlət rəmzləri onun müstəqilliyini, milli kimliyini və tarixi keçmişini təcəssüm etdirən ali müqəddəslik meyarıdır. Azərbaycan xalqı üçün Dövlət Bayrağı sadəcə rəsmi simvol deyil, həm də ulu əcdadlarımızdan miras qalan azadlıq idealı, milli qürur və dövlətçilik şüurunun təntənəsidir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilən bu üçrəngli bayraq, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin əbədi salnaməsidir.

Bayrağımızın yenidən ucaldılması və rəsmi dövlət statusu alması Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində, hələ Sovet İttifaqının mövcud olduğu çətin bir dövrdə uzaqgörən lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirdi. Onun rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız muxtar respublikanın dövlət bayrağı olaraq qəbul edildi. Bu tarixi addım Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası və müstəqilliyə doğru atılan ən böyük addım oldu. Heydər Əliyev bayrağımızı milli həmrəyliyimizin əsası kimi dəyərləndirərək, onun hər bir azərbaycanlının qəlbində taxt qurmasına nail oldu.

Ulu Öndərin dövlətçilik kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Dövlət Bayrağının şənləndirilməsi, təbliği və uca tutulması istiqamətində misilsiz islahatlar həyata keçirdi. Prezidentin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunması xalqımızın öz tarixinə və dövlət rəmzlərinə olan ehtiramının ali göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bayrağımız bizim qürur mənbəyimizdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının otuz illik torpaq həsrətinə son qoyuldu və şanlı üçrəngli bayrağımız öz əsl ucalığına qovuşdu. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər sayəsində bayrağımız Şuşada, Xankəndidə və işğaldan azad edilmiş bütün digər doğma torpaqlarımızda qürurla dalğalanmağa başladı. Bu gün Azərbaycan bayrağı təkcə müstəqilliyimizin deyil, həm də sarsılmaz milli birliyimizin və rəşadətli ordumuzun qələbə rəmzidir. Bayrağımız uca olduqca dövlətimiz qüdrətli, xalqımız isə hər zaman məğrur olacaqdır.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər