PDF Oxu

Siyasət

  • 884

Masallıda Zəfər Gününə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirilib - FOTO

Masallıda Zəfər Gününə həsr olunmuş məktəblərarası voleybol yarışı keçirilib - FOTO

Masallı rayonu üzrə təhsil sektorunun tərəfindən “”8 Noyabr – Zəfər Günü” münasibətilə məktəblərarası voleybol yarışı keçirilib. Oyunlar “Zəfər ruhu ilə böyüyən gənclik – Azərbaycanın güclü gələcəyidir!” devizi altında Masallı şəhər 4 saylı məktəbində təşkil olunub.
Rayonun ümumi təhsil müəssisələrini təmsil edən 10 komandanın qatıldığı yarışın əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər- Masallı rayonu üzrə təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev, Vətən müharibəsi iştirakçısı Həmid Mənsimov və Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov Zəfər Gününün tarixi əhəmiyyətindən, dövlət-xalq birliyinin şanlı Qələbəmizin qazanılmasındakı mühüm rolundan, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının və Zəfər tariximizin gələcək nəsillərə aşılanmasının vacibliyindən söz açıblar.
Daha sonra meydan idmançılara verilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda komandalar yüksək əzmkarlıq, komanda ruhu və idman bacarıqları göstəriblər. Elşad Ağayev adına Hişkədərə kənd tam orta ümumtəhsil məktəbinin komandası yarışın birincisi olub. İkinci yeri Səməd Vurğun adına Türkoba kənd tam orta ümumtəhsil məktəbinin komandası tutub.
Ərkivan qəsəbəsi Zahir Nəcəfov adına 2 saylı tam orta ümumtəhsil məktəbinin komandası isə üçüncü yerlə kifayətlənib.
Tədbirin sonunda qalib komandalar fəxri fərmanlarla təltif olunublar.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər