Astara Pedaqoji Kollecində Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının və Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tariximiz – qürur mənbəyimiz” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara rayon Şüvi kənd orta məktəbinin direktoru Adil Rzayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının İctimai Birliyinin Astara rayon təşkilatının sədri Rafiq Əliyev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Bahadır Əhmədov, Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, şəhid ailələrinin nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər. İştirakçıları əvvəlcə kollecin həyətində yerləşən abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edib.
Tədbiri giriş sözü ilə Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru Kamran Kazımov açaraq iştirakçıları salamlayıb, 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, tarixi Qələbənin qazanılmasında şəhidlərimizin misilsiz qəhrəmanlığını, qazilərimizin fədakarlığını və Azərbaycan xalqının birliyini xüsusi vurğulayıb, Zəfər tarixinin gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın sarsılmaz birliyi və milli həmrəyliyini xüsusi vurğulanıb. Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. Möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğını xüsusi vurğulayıb. Şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində saxlanılmasının, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Ardinca digər qonaqlar—YAP Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov çıxış edərək Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından, Vətənə sevgi və sədaqət nümunəsindən danışıblar.
Tədbirin davamında iştirakçılar Zəfər Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, daha sonra bayram münasibətilə təşkil edilən idman yarışını izləyiblər.
Tədbirin bədii hissəsində tələbələrin və dəvət olunmuş qonaqların ifasında vətənpərvərlik ruhlu şeirlər, mahnılar, rəqs nömrələri və musiqili kompozisiyalar təqdim olunub.
Astara O. Kazımi adına Uşaq Musiqi Məktəbinin ifaçılarının iştirakı ilə “Çırpınırdı Qara dəniz” əsəri Elyana Məmmədovanın ifasında səsləndirilib. Məktəbəqədər təhsil ixtisasının III kurs tələbəsi Gülarə İbrahimovanın “Sən qalibsən, Azərbaycan” adlı çıxışı, kollecin rəqs qrupunun təqdimatları, “Bura Vətəndir!” kompozisiyası, “Hovəlim” folklor qrupunun çıxışı, Astara Mədəniyyət Mərkəzinin solistləri Rövşən Cabbarov, Əfqan Poladov, Məmməd Məmmədzadənin ifasında səslənən musiqi nömrələri tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbirin sonunda Astara Pedaqoji Kollecinin direktoru şəhid ailələrinin nümayəndələri ilə səmimi görüş keçirib, onların fikirlərini və düşüncələrini dinləyib, şəhid ailələrinə dərin ehtiramını və diqqətini ifadə edib, onlara səbir, möhkəm iradə və can sağlığı arzulayıb.Daha sonra direktor tədbirdə iştirak edən musiqili qonaqlarla görüşüb, onların gözəl ifalarına və tədbirin bədii hissəsinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib. Qonaqlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.Görüşlər zamanı belə tədbirlərin milli-mənəvi dəyərlərimizin yaşadılması, Zəfər tariximizin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
8 Noyabr – Zəfər Günümüz mübarək!
Qarabağ Azərbaycandır!