PDF Oxu

Siyasət

  • 574

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Qalib xalqın Zəfər salnaməsi” mövzusunda tədbir keçirilib - ŞƏRH

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Qalib xalqın Zəfər salnaməsi” mövzusunda tədbir keçirilib - ŞƏRH

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə “Qalib xalqın Zəfər salnaməsi” adlı tədbir keçirilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov, Kəlbəcər Su Sistemləri İstismarı İdarəsinin müdiri Azər Xankişiyev, Kəlbəcər rayon Statistika İdarəsinin müdiri Ramil Salmanov, Şərqi Zəngəzur Regional Dövlət Sosial Müdafiə Fondunun müdiri Amil Salmanov, şəhid ailələrinin üzvləri, şəhid atası Mübariz Mehdiyev, şəhid anası Güləndam Heydərova, Vətən müharibəsi qaziləri Elvin Hüseyinov , Şirin Musayev, Əliş Əhmədzadə, Xətai Quluyev, eləcə də partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, bu qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalqımızın sarsılmaz birliyindən bəhs edib.
Sədr Həbib Misirov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun döyüş qabiliyyətinin təntənəsi oldu. Bu tarixi Zəfər şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində əldə edildi.
Bildirilib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, üçrəngli Dövlət Bayrağımız ölkəmizin bütün ərazilərində dalğalanmağa başlayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam etdirilir.
Digər çıxış edənlər – Musa Məmmədov, Azər Xankişiyev Kişiyev, Ramil Salmanov, Amil Salmanov Vətən müharibəsində qazanılmış tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Çıxışlarda şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqdan, qazilərimizin fədakarlığından, Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında nümayiş etdirdiyi şücaətdən söz açılıb.
Vətən müharibəsi qaziləri Elvin İsmayılov və Əliş Əhmədzadə da çıxışlarında döyüş xatirələrini bölüşərək Zəfərin xalqımız üçün daşıdığı mənəvi və tarixi əhəmiyyəti diqqətə çatdırıblar.
Tədbirdə şəhid ailələrinin nümayəndələri də çıxış edərək şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd ediblər.
Vurğulanıb ki, Azərbaycan xalqının Zəfər salnaməsi yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, dövlətçilik iradəsinin, vətənpərvərliyin və tarixi ədalətin bərpasının parlaq nümunəsidir.
Tədbir iştirakçıları bildiriblər ki, qazanılmış tarixi Zəfər hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək əbədi qəhrəmanlıq məktəbidir.
Anar Əhmədov

YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər