Siyasət

  • 1 350

İqtisadi əlaqələrə divident gətirən əməkdaşlıq ŞƏRH

image

Qazaxıstanın sədrliyi ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin 24-cü sammitində 16 ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. Sammit “ŞƏT plyus” formatında keçirilmişdir. Çoxtərəfli dialoqun gücləndirilməsi: davamlı sülh və inkişafa səy şüarı altında keçirilən sammitin əsas gündəliyi aktual beynəlxalq və regional problemlərin həllində ŞƏT-in rolunun gücləndirilməsi kimi aktual məsələləri əhatə etmişdir.

Sammit iştirakçıları sabitliyi təmin etmək üçün ilk növbədə beynəlxalq ticarətə və iqtisadiyyata diqqət yetirmişlər. Sammitdə həmçinin regional təhlükəsizlik, infrastruktur, enerji, ətraf mühit, səhiyyə, turizm, təhsil, rəqəmsallaşma, nəqliyyat və logistika məsələləri də müzakirə predmetinə çevrildi.

“ŞƏT plyus” formatında keçirilən Sammitdə Qazaxıstan, Rusiya, Azərbaycan, Çin, Qırğızıstan, Pakistan, Hindistan, İran, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Türkmənistanın dövlət başçıları və hökumət üzvləri iştirak etmişlər. Tədbirə BMT-nin baş katibi Antonio Quterreş və bir sıra digər beynəlxalq qurumların başçıları da qatılıb.

Sammit iştirakçıları 24 birgə sənəd paketi imzalamiş, həmçinin birlik iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiqləyən yekun bəyannamə və bəyanat qəbul etmişlər.

Sammitdə bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Konfransı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Komissiyası da ŞƏT-də yüksək səviyyədə təmsil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sammitdə çıxış etmişdir.

Cənab Prezident çıxışında “Şərq-Qərb” və “Şimal Cənub” nəqliyyat dəhlizləri, həmçinin, “Orta” dəhliz barədə, bu dəhlizin tərkib hissəsi olan Baki-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı barədə mühüm açıqlamalar vermişdir.

Çıxışda vurğulanmışdır ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti 5 dəfə artaraq 1 milyon tondan 5 milyon tona çatmış, Ələt Ticarət Limanının ötürücülük qabiliyyətinin isə ildə 15 milyon tondan 25 milyon tonadək artırılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həmçinin, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı barədə, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərakatına uğurla sədrlik etməsindən, cari ilin payızında təxminən 200 ölkənin iştirak edəcəyi COP29 kimi mötəbər bir tədbirə ölkəmizin ev sahibliyi edəcəyindəın də danışaraq, Sammit iştirakçısı olan ölkələrin hökumət və dövlət rəhbərlərini COP 29-a dəvət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı maraqla qarşılanmışdır.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər