Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpasına 2 milyard 567,5 milyon manat xərclənib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.Hesabat dövründə infrastruktur layihələri üzrə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri, kollektorlər və qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruri işlərə 7,6 milyon manat xərclənib