Siyasət

  • 1 577

Türk dövlətlərinin birləşməsinin əsas təşəbbüskarı Azərbaycandır ŞƏRH

image

Bu gün Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Məqsəd bəlliidir: Türk dövlətləri birliyini dünyanın güc mərkəzinə çevirmək. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə söyləmiş olması dövlət başçısının nüfuzunun və atdığı addımlara əminliyinin təzahürüdür.

Türk dövlətlərinin təşkilatlanmasının aparıcı qüvvəsi kimi çıxış edən cənab İlham Əliyevin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü sıx əlaqələrin yaranmasını, proseslərinin sürətlənməsini təmin edir. Görüşün Şuşada keçirilməsi də siyasi, mədəni, milli səciyyə daşıyır. Beləki, “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunan Şuşa Azərbaycan xalqının əyilməzliyinin, Vətən sevgisinin, əqidəsinin simvoludur. Dünyanın gözü Azərbaycan dövlətində ikən bütün ictimai-siyasi, mədəni tədbirlərin Şuşada keçirilməsi də subliminal mesajdır: Azərbaycan BMT-nin heçə sayılan qətnamələrini reallaşdırdı; regionda sülh, əməkdaşlıq, tərəqqi, inteqrasiya bərqərar edildi; Qafqazda “qanqren” halı almış terror yuvası gündən günə çiçəklənən, insanlara, bəşəriyyətə xoşbəxt gələcək vəd edən əraziyə çevrildi. Məhz iyulun 6-da imzalanan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsində yazılıb ki: “Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün Türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək... TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyərini vurğulayırlar.”

Qarabağda Türk dövlətləri öz dəstəyini məktəb, yaradıcılıq mərkəzi tikməklə və gələcəkdə də belə tikililəri planlaşdırmaqla nümayiş etdirirlər. Artıq dosrluq-qardaşlıq ənənələri yeni forma və məzmun alır. Yaralarını sağaltmağa çalışan dostun yanında olmaq türklərin mental dəyərlərindən irəli gələn ənənədir. Azərbaycan müharibə ilə suveren hüquqlarını bərpa edən bir ölkə olaraq xarabalığa çevrilmiş şəhərlərinə əzmkarlıqla yeni həyat bəxş edir. Böyük Qayıdışın fonunda regionda sabitliyin bərqərar olması, müharibə ocağının aradan qaldırılması yeni-yeni qlobal əhəmiyyətli layihələrə imkanlar açır. Bu layihə-təşəbbüslərdən biri də Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsidir. Ümumən strateji-coğrafi mövqeyi bir çox imkanlar yaratdığı üçün Azərbaycan əməkdaşlıqlara, əlaqələrin inkişafına, çağırışlara hər zaman açıq olub.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Artıq Türk Dövlətləri Təşkilatı iqlim dəyişikliyi çağırışlarına regional və qlobal reaksiyanın gücləndirilməsi üçün ətraf mühitin mühafizəsi və iqlim gündəliyi sahəsində əməkdaşlığı Qarabağ bəyannaməsində ifadə etdilər. Ölkə başçısı Cənab İlham Əliyevin təbirincə desək, qəbul edilən qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov ad. Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər