PDF Oxu

Siyasət

  • 3 206

ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri seçki məntəqələrində olub - YENİLƏNİB - FOTOLAR

ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri seçki məntəqələrində olub - YENİLƏNİB - FOTOLAR

Bu gün 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 38 saylı seçki məntəqəsində media nümayəndələri ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Koordinatoru və rəhbəri Michael Creed (İrlandiya), ATƏT Parlament Assambleyasında İrlandiya Nümayəndəliyinin rəhbəri və Baş Komitənin sədri Lucie Potůčková (Çexiya) Demokratiya, İnsan Haqları və Humanitar Problemlər ATƏT PA-nın müşahidəçilər nümayəndə heyətinin rəhbəri ilə görüşüb. SİA xəbər verir ki, onlar mövcud prosesi müşahidə edərək münasibət bildiriblər.

Həmçinin, qonaqlar məntəqə əməkdaşları və seçicilərlə ətraflı müzakirələr aparmış, mövcud vəziyyət barədə onların fikirlərini öyrəniblər. Həmçinin, səsvermə qutuları önündə bir sıra fotolar çəkdiriblər.

ATƏT-in Qısamüddətli Seçki Müşahidə Missiyasının koordinatoru Maykl Krid jurnalistlərə açıqlama verib. O bildirib ki, "Bu seçkidə ATƏT-ə üzv 20 ölkədən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur: "Azərbaycanda Milli Məclisə bu gün keçirilən seçkilərdə istər təbliğat-təşviqat kampaniyası, istərsə də bugünkü səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb.

Missiya işini tamamladıqdan sonra yekun nəticələr qurumun internet saytında yerləşdiriləcək: "İlk növbədə onu deyim ki, Azərbaycan hökumətinin dəvəti ilə burada olmaqdan çox məmnunuq. Onu bildirmək istəyirəm ki, seçkiöncəsi dövrdə bütün siyasi partiyalara təbliğat və təşviqat kampaniyası üçün mükəmməl şərait yaradılmışdı. O cümlədən, həm vətəndaş cəmiyyəti nümayəndələrinin səsvermə prosesini müşahidə etməsi prosesi, həm də dairə və seçki komissiyalarının işi qanunvericiliyə uyğun olaraq təşkil edilib. Bu seçkidə ATƏT-dən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Onu qeyd etmək istəyirəm ki, seçki məntəqələrində ətraflı müşahidə apardıqdan sonra yekun hesabatımız rəsmi internet saytımız vasitəsilə ictimaiyyətə açıqlanacaq".

Ayşən Vəli

Digər xəbərlər