Siyasət

  • 1 051

Kirill Krivoşeyev: Ermənistan tam sülh razılaşmasını kecikdirir, qısa sülh isə olmayacaq - MÜSAHİBƏ

image

Rusiyalı jurnalist, Karnegi Berlin Rusiya və Avrasiya Araşdırmalar Mərkəzinin müəllifi Kirill Krivoşeyev “Caliber” analitik mərkəzinə müsahibəsində Qafqazda yaranmış situasiya ilə bağlı fikirlərini bildirib. Analitikin müsahibəsini oxucularımıza təqdim edirik.

— Kirill, sizcə, niyə Ermənistan COP29 konfransı başlamazdan əvvəl Azərbaycanla sülh sazişi imzalamağa niyə belə tələsir?

- Tələsir? Belə bir şey yoxdur.

- Yaxşı, niyə olmasın? Ermənistanın baş naziri Nikol Paşinyan və komandası bu yaxınlarda dəfələrlə qısaldılmış sülh müqaviləsinin imzalanmasını və Azərbaycanın israr etdiyi Ermənistan konstitusiyasına yenidən baxılmasını təklif ediblər.

— Məncə, yarımçıq Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının COP29 ilə heç bir əlaqəsi yoxdur. Bu hadisəni belə bir müqavilənin imzalanmasına səbəb kimi qəbul etmək qəribədir, çünki söhbət tam sülh müqaviləsindən getmir. Bu hadisə siyasətə yalnız bir şəkildə təsir edir: belə bir fərziyyə var ki, ondan əvvəl silahlı eskalasiya mümkün deyil və bu, yəqin ki, düzgündür. Belə mühüm hadisədən əvvəl Azərbaycana hərbi eskalasiya niyə lazımdır? Çox güman ki, bu baş verməyəcək.

- Tutaq ki, bu sizin subyektiv fikrinizdir. Mənə deyin, Ermənistan rəhbərliyi Bakını yarımçıq sülh sazişi imzalamağa çağırmaqla qarşıya hansı məqsədlər qoyur?

— Birincisi, Nikol Paşinyan qısaldılmış formada sülh müqaviləsi imzalamaq istəyir ki, tarixdə ondan geriyə bu qalsın. O, hansısa yolla öz öhdəliklərini,- ilk növbədə, Bakıya qarşı təcavüz etməmək paktı və sair kimi- düzəltmək istəyir. Bütün məntiq belədir.

İkincisi, bəli, mən razıyam ki, bir tərəfdən Ermənistanda biz konstitusiyadan danışırıq, digər tərəfdən isə onu dəyişmək istəmirlər və ayaqlarını sürüyürlər. Görünür, onlar hesab edirlər ki, yalnız Azərbaycana lazım olanlara düzəlişlər etmək siyasi cəhətdən təhlükəlidir, bu isə o deməkdir ki, hər şeyi kompleks şəkildə tətbiq etmək lazımdır, bu isə çox vaxt aparacaq.

Hesab edirəm ki, 2027-ci ilə qədər Ermənistanın yeni konstitusiyasının hazırlanması düzgün qərardır. O vaxta qədər normal sənəd hazırlamaq mümkün olacaq, çünki Ermənistanın hazırkı konstitusiyası demokratik dövlət quruculuğuna imkan vermir. Bunu Serj Sarkisyan hakimiyyəti saxlamaq üçün yazıb və Paşinyan məxməri inqilaba başlayanda, sadəcə olaraq, bununla yaşamağa başlayıb. Ancaq mehriban bir şəkildə, normal parlament respublikası altında tamamilə yenidən yazılmalıdır. Bu doğrudur.

Üçüncüsü, əsas məqsəd odur ki, sülh müqaviləsi imzalansın ki, orada ərazi bütövlüyünün tanınması ilə bağlı bircə bənd olsun, nəsə olarsa, Azərbaycanı qınasın. Hamısı budur. Başqa məqsədlər yoxdur.

— İrəvanın KTMT-dən çıxacağı ilə bağlı təminatlara baxmayaraq, hələ də buna cəsarət etməməsini necə izah edərdiniz?

— Düşünürəm ki, Ermənistan KTMT-dən ona görə çıxmır ki, bu prinsipə əməl edir: nəyisə etməmək nəsə etməkdən yaxşıdır. Bu, məmurun, siyasətçinin məntiqidir. Hər şeyi olduğu kimi tərk etmək mümkündürsə, hər şeyi olduğu kimi tərk etmək daha yaxşıdır. Üstəlik, KTMT de-fakto heç nəyə təsir etməyən təşkilatdır və ondan çıxmaq Rusiyaya lazımsız zərbə, lazımsız qıcıqdır. Niyə? Ermənistanın KTMT-də olub-olmamasının heç bir fərqi yoxdur. Və formal olaraq bu Ermənistana nə verəcək? Güman etmək olar ki, ondan ayrılmaq Qərbdən müəyyən dividentlər gətirəcək. Amma yox. Deməli, bunun çox mənası yoxdur. Ona görə də görünür, Ermənistanın təşkilata dondurulmuş üzvlüyü davam edəcək və bu, uzun illər davam edə bilər. Niyə 10 il belə yaşamayaq? Asanlıqla mümkündür.

— ABŞ və Fransanın Cənubi Qafqazdakı planları necədir?

- Mən düşünmürəm ki, ABŞ-ın seçkilər ərəfəsində bu regionda hər hansı planı var. ABŞ prezidentliyinə namizədlərdən “Cənubi Qafqazla bağlı hansı planları düşünürsünüz?” deyə soruşsanız belə, onlar anlaşılan heç nə deməyəcəklər. Cənubi Qafqaz hazırda ABŞ üçün heç bir mühüm dəyəri təmsil etmir. Daha doğrusu,sadəcə İran və Rusiya ilə həmsərhəd bölgə kimi baxırlar. Vəssalam. Kamala Harris bildirib ki, onun əsas rəqibi İrandır və Donald Tramp İranı da hədələməsinə baxmayaraq, Çinə daha çox önəm verir. Baxmayaraq ki, bu və ya digər namizəd qalib gələrsə, diqqət mərkəzinə çevrilə bilər.

Amma Fransaya gəlincə, bəli, o, Türkiyə və Azərbaycanla antaqonistdir. Bu, həmişəki siyasətdir və davam edəcək. Fransa regionda öz təsirini gücləndirmək istəyir və Ermənistan onun mühüm tərəfdaşıdır. Bu, onların həmişə yoxlayacaqları qutudur. Əgər Fransanın təkbaşına nəsə edə biləcəyini fərz etsək, o zaman mən siyasətçiləri o qədər istedadlı hesab etməyə meylli deyiləm ki, onlar bu qədər irəlidə olan hərəkətləri hesablayırlar. Məncə, vəziyyət həmişə qartopu kimidir. Siyasətçilər buna müəyyən düzəlişlər etməyə çalışsalar da, onu yaxşılaşdırmır, pisləşdirirlər. Siyasətçilərin nəyisə axtarıb əldə etdiklərinə dair heç bir nümunəm yoxdur. Adətən hər şey heç kimin istəmədiyi kimi olur.

— Yəni, siz düşünürsünüz ki, Qərb Ermənistanı heç bir səbəb olmadan silahlandırır?

— Fikrimcə, buna gözəl nümunə, üstəlik, Rusiya ilə həmsərhəd olmayan Moldovadır. Rusiya Federasiyası ilə həmsərhəd olan ölkələr ən çox belə boşluqdan təhlükə ilə üzləşirlər. Bir şeyi təhdid edə bilərsiniz. Bir ölkə Rusiya ilə birbaşa qonşu olmadıqda, daha çox seçim var. Bəli, Moldova zəngin ölkə deyil, amma Avropa İttifaqına daxil olmaq üçün daha çox çalışır, nəinki onu ora götürmək istəyirlər. Ermənistanı da təxminən eyni gələcək gözləyir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər