Azərbaycan bayrağı xalqımızın şərəfini daşıyan ən müqəddəs simvollardan biridir.Bayraq hər millətin varlığını ifadə edir.Bizim üçrəngli bayrağımız tariximizin qəhrəmanlıq salnaməsidir.Mavi rəng türk kökümüzü bildirir.Qırmızı rəng inkişaf və müasirlik yolunu göstərir.Yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızdır.Ay və səkkizguşəli ulduz isə azərbaycançılığın simvollarıdır.Bu bayraq 1918-ci ildə böyük dövlət xadimlərinin qərarı ilə qəbul olunub.Azərbaycan Xalq Cümhuriyyəti onu dünyaya tanıtdı.İllər keçsə də, bayraq düşüncələrimizdə yaşadı.Sovet dövründə onu qaldırmaq qadağan idi.Amma xalqın qəlbində o heç vaxt ölmədi.1990-cı ildə Naxçıvanda yenidən dövlət bayrağı kimi qəbul edildi.Bu hadisə müstəqilliyə gedən yolun dönüş nöqtəsi idi.1991-ci ildə bayrağımız yenidən Azərbaycan Respublikasının rəsmi simvolu oldu.
Bayraq bizi birləşdirən qüvvədir.O, hər evdə, hər ürəkdə yer alır.Bayraq ordunun ən yüksək amalını göstərir.Əsgər canı bahasına onu qoruyur.Milyonlarla insan bayraq qarşısında and içir.9 Noyabr Bayraq günü kimi qeyd olunur.Bu gün qürur və sevinc günüdür.Bayraq torpaqlarımızda daim dalğalanacaq.Onun kölgəsi xalqımıza güc verir.
Bayrağımıza toxunan, bizə toxunur.Azərbaycanın hər bucağında o şərəf simvoludur.Şəhidlərimizin qanı bayrağı müqəddəsləşdirir.Bayraq hər zaman müstəqilliyin təməlidir.Xalqımız onu həmişə uca tutacaq.Biz heç vaxt bayrağımızdan imtina etməyəcəyik.
Bayraq beynəlxalq arenada bizi tanıdır.Hər idman yarışında dalğalanması qürur anıdır.Diplomatiya masalarında o şərəfli yer tutur.Hər bir vətənpərvər insan bu bayraq üçün çalışır.Bayraq sevgisi nəsildən nəsilə keçir.Uşaqlar ilk addımlarını bayraq qarşısında atırlar.Məktəblərdə bayraq günü xüsusi qeyd edilir.Tələbələr onu elmlə, biliklə yüksəldir.Əsgərlər bayraq qarşısında borc qəbul edirlər.
Azərbaycan bayrağı böyük ideallar daşıyır.Bu ideallar sarsılmazdır.Qələbələrimiz onunla yaddaşlara yazılır.Bayrağımız heç vaxt enməyəcək.Çünki bu xalq müstəqilliyini canı ilə qoruyur.Hər azərbaycanlı üçün bayraq müqəddəsdir.Bu müqəddəslik heç vaxt itməyəcək.
Alim Verdiyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı