Yeni dünya nizamında, yeni dünya düzənində haylar Ermənistanı görə bilmirlər və heç görə də bilməzlər. Daha dəqiq desək, ermənilər görürlər və başa düşürlər ki, yeni dünya düzəninin formalaşmasına rəsmi İrəvan heç reaksiya belə vermir, yaxud reaksiya verə bilmir. BRICS sammiti də bir daha təsdiq etdi ki, Ermənistan sadəcə olaraq, ancaq müşahidəçi kimi proseslərə qatılır. Bu isə o deməkdir ki, Ermənistan bir-birinin ardınca imkanlarını və öz şansını əldən vermiş olur və məhz BRICS sammiti işğalçı ölkə üçün əldən verilmiş, itirilmiş şans hesab edilir.
İşğalçı ölkənin başçısının BRICS sammitində sonuncu gün "peyda olması", təqdim olunan fürsəti dəyərləndirməməsi məntiqi suallar doğurur
Ermənistanın baş naziri Nikol Paşinyanın BRICS sammitində elə sonuncu gün "peyda olması" özü belə işğalçı ölkənin öz şansını əldən verdiyi, itirdiyi barərə qənaətə gəlmək üçün kifayət edir. Bir ölkə liderinin sammitə sonuncu gün qatılması ən azından o deməkdir ki, erməni baş nazirin səfəri məhsuldar olmayıb və sadəcə olaraq bir rəsmi səfər olub. Əlbəttə ki, baş nazir Nikol Paşinyanın belə bir geçikmiş gedişi və "rəsmi səfəri" onun bloka üzv ölkələrin liderləri ilə tam ünsiyyət imkanlarını xüsusən əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Nəinki məhdudlaşdırıb, tamamilə heçə endirib. Bu məhdudiyyətin fonunda əlbəttə ki, məntiqi suallar yaranır və ən başlıcası da bu məhdudiyyətlərlə onun həmin sammitə niyə qatıldığı sualıdır. Görəsən, onun həmin sammitdə iştirakı nə dərəcədə Ermənistanın xeyrinə ola bilərdi və bunun nə dərəcədə düşünülmüş addım olduğu heç bir ermənini də düşündürməyibmi?
BRICS sammitində Çin, Hindistan, Braziliya, Cənubi Afrika, ərəb ölkələri və başqa iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr iştirak edirdilər. Həmin sammit iqtisadi baxımdan sürətli inkişafa sahib olan ölkələrlə mühüm əlaqələr qurmaq və əlaqələri gücləndirmək, genişləndirmək üçün unikal fürsət təqdim etdiyi halda, niyə Ermənistan lideri ən sonda bu tədbirə qatıldı? Bu fürsətdən yaralanmaq heçmi erməni liderini maraqlandırmayıb? Yəni, bütövlükdə erməni cəmiyyəti üçün də maraqlı olmayıb ki, işğalçı ölkə liderinin həmin sammitə vaxtında, zamanında gedişi ilə bağlı ortaya sual qoyulsun? Həqiqətən də bu sammitdə təqdim edilən fürsət və əldə edilməsi mümkün olan şansı bir dənə də hay başa düşməyib? Axı, öz saymaz gedişi və ən sonda sammitə qatılması ilə Paşinyan bu şansdan istifadə etmək əvəzinə, məzmunlu müzakirələr və danışıqlar proseslərində iştirak imkanını dəyərləndirmək yerinə, qısa səfərlə məhdudlaşmağı məqbul hesab edib. Belə çıxır ki, bütün diplomatik tədbirlərə qatıldığı şəkildə olduğu kimi, bu dəfə də Paşinyan sammitə sadəcə olaraq formal olaraq qatılıb, amma fürsəti qaçırdığını və şansı da əldən verdiyini, itirdiyini ya qətiyyən başa düşə bilməyib, ya da bunu heç başa düşmək belə istəməyib və hesaba da almayıb.
Ermənistan hakimiyyətinin beynəlxalq tədbirlərə qatılma tərzi və saymazlığı təəccüb doğurur və qətiyyən diqqətdən yayınmır
Hazırkı Ermənistan hakimiyyətinin, xüsusən də Nikol Paşinyanın beynəlxalq tədbirlərə qatılması, yaxud qatılma tərzi belə həqiqətən də təəccüb doğurur və qətiyyən diqqətdən yayınmır. Sanki bir ölkənin taleyi həmin ölkə liderinin və onun hakimiyyət komandasının heç vecinə də deyil. Paşinyan və onun hakimiyyət komandasının üzvləri elə bil ki, Qərbin konfrans və tədbirlərində sadəcə, formal olaraq, elə-belə, görünmək xatirinə iştirak etməkdə daha istəkli və maraqlı görünürlər. Daha dəqiq və qısa şəkildə deyək, ancaq iştirak etməkdə maraqlıdırlar və bununla da işlərini bitmiş hesab edirlər. Yəni, formal olaraq, iştirak etməklə kifayətlənirlər və qalanını heç düşünmürlər də. İstənilən tədbirin istər iqtisadi, istər siyasi, istərsə də rəsmi əhəmiyyətinə məhəl belə qoymadan iştirak etməkdə hansısa bir fayda olacağı rəsmi İrəvanı elə bil heç düşündürmür. Bu şəkildə iştirakın elə bil Ermənistan üçün təhlükəsizlik və iqtisadi inkişafla bağlı konkret məsələlərin həlli imkanlarını minimuma endirdiyi də nəzərə alınmır.
Heç bir təklif almayan, heç bir fürsətdən istifadə etməyən erməni baş nazirin şansını qaçırdığına görə, belə görünür ki, heç tükü də tərpənmir və əlbəttə, bunun da bir səbəbi var. Hər halda, Ermənistan hakimiyyətinin, şəxsən erməni baş nazir Nikol Paşinyanın BRICS kimi bir sammitə belə ən sonda qatılmasının arxasında müəyyən məqamlar gizlənir. Əks halda, qorxaq bir erməni liderinin bu şəkilsə saymazlığını təsəvvür belə etmək mümkün deyil. Yaxud, ehtiyac içində, səfalət içərisində olan bir ölkənin liderinin məhz ölkəsi naminə ən xırda gəlir və mənfəət barədə düşünməli olduğu təqdirdə laqeyidlik etməsi axmaqlıq olsa da, hansısa mənada diqqəti cəlb edir və marağa da səbəb olur.
İşğalçı ölkənin müqəddəratı dilənçi payından, yardımlardan asılı olaraq müəyyən edilib və eyni ənənə davam edir
Bəli, düşündürücü və məntiqi suallar məsələnin mahiyyətini ortaya qoyur və bəlli olur ki, Ermənistan hansısa tədbirə sadəcə olaraq, bunu Qərb ölkələrinə göstərmək üçün qatılır. Rəsmi İrəvan hansısa beynəlxalq tədbirdə, hansısa sammitdə iştirak etməklə, bunu Qərb ölkələrinə göstərməklə, işini bitmiş hesab edir. Maraqlıdır, nəyə görə? Niyə Ermənistan hökuməti belə bir formal iştirakla kifayətlənir və hansısa fürsətdən yararlanmağa çalışmır? Nəyə görə hansısa imkanların dəyərləndirilməsi haqda düşünülmür? Bəs haylar, Ermənistan hakimiyyəti nə barədə düşünür və nəyə ümid edir? Həqiqətən də maraqlı məqamdır və fürsəti dəyərləndirməməyi, şansı əldən verməyi, itirməyi nəzərə belə almamaq qətiyyən axı səbəbsiz ola bilməz.
Tarixən Ermənistanın Qərbdən ianələr və dəstək alması heç də dünya ictimaiyyəti üçün sirr deyil. Hətta Cənubi Qafqazda sonradan məskunlaşan bu köçəri tayfanın, bu gəlmə toplumun tarix boyu ancaq böyük dövlətlərin aləti olaraq mövcudluğu fonunda aldığı dəstəyin, yardımların hesabına mövcudluqlarını qorumaları da bəllidir. İndiki dövrə qədər Ermənistanın hansısa bir iqtisadi layihəyə, qlobal və ya regional layihəyə qoşulduğunun, hansısa gəlir əldə etmək üçün münasibətlər qurduğunun şahidi olan olmayıb. Ancaq onun şahidi olmuşuq ki, bu işğalçı ölkənin müqəddəratı dilənçi payı almaqla, yardımlarla müəyyən edilib. İndi də eyni ənənə davam edir və hələ də haylar, onların başında duran başsız başçılar hansısa imkanlar dedikdə, ancaq böyük bir ölkənin, məsələn, Qərbin "əlinə baxmağı" başa düşürlər. Hələ də Ermənistan tərəfi iqtisadi layihələr, əməkdaşlıq və tərəfdaşlıq imkanları barədə başa düşmək belə istəmir. Ona görə ki, haylar, onların başlarının üstündə olan rəhbərlər ancaq yardımlara öyrəniblər və elə hesab edirlər ki, bununla daha qısa və asan yol seçiblər, eləcə də doğru yoldadırlar. Amma bərk yanılırlar, çünki onların görmək istədikləri mənzərə tamamilə dəyişib və heç də vəziyyət əvvəlki kimi deyil. Başa da düşə bilmirlər ki, Qərb özü belə çətin durumdadır və indi Avropa ölkələri özləri də ermənilərin, hayların hayında yox, məhz hər biri öz hayındadır. Belə bir vəziyyətdə həmin Qərb və Avropa ölkələrinə güvənmək, köhnə ənənəyə arxalanaraq iyanə və yardımlara, dilənçi payına ümid etmək ən böyük yanlışlıqdır. Haylar məhz bu yanlışlıqla, ümumiyyətlə, bu kimi ənənəvi yanlışlıqlarla itirilmiş şanslarını hələ də dərk edə bilmirlər və bu onların ən böyük bəlalarıdır...
Suveren və müstəqil olmaması, Qərbin əlində alət olması fonunda Ermənistanın belə bir şansı itirməsi tamamilə ədalətlidir
Diqqətə çatdıraq ki, hayların güvəndikləri, bir dövlət kimi Ermənistanın sığındığı Qərb strukturları indi artıq iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün konkret heç nə təklif etməyib. Daha doğrusu, təklif edə də bilməyib. Bununla yanaşı həm də görünən odur ki, BRICS ölkələri ABŞ və Avropanın təsirindən ayrı, yeni iqtisadi və siyasi reallıq yaratmağa yönəlib. Deməli, edə bilsəydi belə nə Qərbin, nə də Avropanın hansısa təklifinə ehtiyac duyulmayıb. Amma bu reallığı Ermənistan hökuməti başa düşə bilməyib. Başa düşə bilsəydi, ən azından erməni baş nazir Nikol Paşinyan özü də olsa fərqində olardı ki, Ermənistan bu yeni qlobal nizama inteqrasiya şansını əldən vermiş, itirmiş olub. Daha dəqiq desək, BRİCS sammiti Ermənistan üçün itirilmiş şans hesab olunur. Bəli, 4,5 milyarddan çox bazarı olan BRICS artıq köhnə Qərb sistemini keçməyə başlayan alternativ qlobal qərar qəbuletmə mərkəzini formalaşdırdığı halda, Ermənistan yenə də kənarda qalırsa, bu həmin ölkə üçün elə itirilmiş şansdır.
Ekspertlər də vurğulayırlar ki, BRİCS layihələrində iştirak ciddi fayda və böyük potensial deməkdir. Lakin bu imkanın uğurla həyata keçirilməsi aktiv diplomatik iş və BRICS platformasında inkişaf edən əməkdaşlıq və layihələrdə məqsədyönlü iştirak tələb edir. Bloka daxil olan ölkələr öz mövqelərini sürətlə möhkəmləndirir, yeni güc mərkəzləri roluna iddialı olurlar. Qeyd edək ki, BRICS Avropa İttifaqından fərqli olaraq öz üzvlərinə şərt qoymur. Daha aydın şəkildə desək, BRICS suveren, müstəqil və bərabərhüquqlu dövlətlərin birliyidir və əslində, Ermənistanın heç də suveren və müstəqil olmaması, ələlxüsus da Qərbin əlində alət olması fonunda belə bir şansı itirməsi, əldən verməsi tamamilə ədalətlidir. Bu sammitdə passiv iştirak və eləcə də Ermənistanın yeni qlobal ekosistemin bir hissəsi olmaq, bu təşkilatın artan imkanlarından faydalanmaq imkanından məhrum olması növbəti dəfə haqqın, ədalətin qələbəsidir. Ermənistan üçün, şəxsən Paşinyan və onun hakimiyyət komandası üçün elə Qərbin aləti olmaq kifayət edir və yaraşır da. Amma haylar və onların başbilənləri olan baş nazir Nikol Paşinyan, onun hakimiyyət komandası sığındıqları nə Qərbin, nə də Avropanın hansısa təklifinə, özü də edə bilmədiyi təklifə ehtiyacın olmadığını düşünsələr bu sammitdə, ümumilikdə, dəyişməkdə və inkişaf etməkdə olan dünya düzənində yer tapa bilmədiklərinin fərqində olmuş olarlar. Heç olmasa başa düşərlər ki, BRİCS onlar üçün artıq itirilmiş şans sayılır və belə getsə təkcə şanslarını deyil, çox şeylərini itirmiş, mövcudluqlarını belə sual altında qoymuş olacaqlar.
İnam HACIYEV