PDF Oxu

Siyasət

  • 1 023

Ankara Bələdiyyəsindən “tarixi ədalətsizliy”in aradan qaldırılması istənildi FOTO

image

Azərbaycanın tanınmış hüquqşünaslarından olan Səməd Vəkilov Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşa müraciət edərək məşhur mütəfəkkir və siyasətçi Əhməd bəy Ağaoğlunun adının şəhərin küçələrindən birinə verilməsini istəyib. Əhməd bəy Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda mühüm xidmətləri ilə yadda qaldığını vurğulayan S. Vəkilov bu ad dəyişikliyini “tarixi ədalətsizlik” kimi qiymətləndirib.

Əhməd bəy Ağaoğlunun Türkiyə və Azərbaycana töhfələri

Səməd Vəkilov müraciətində Əhməd bəy Ağaoğlunun Türkiyə Cümhuriyyətinin ilk hüquq fakültələrindən birinin qurucuları arasında olduğunu, hakimiyyət bölgüsü nəzəriyyəsinin inkişafına böyük töhfələr verdiyini və bu sahədə mühüm öncül şəxslərdən olduğunu bildirib. O, Ağaoğlunun Türkiyə Böyük Millət Məclisində deputat vəzifəsində çalışdığını və Anadolu Agentliyinin yaranmasında fəal rol oynadığını da bildirib.

Ağaoğlunun övladlarının da Türkiyənin ictimai-siyasi həyatında mühüm yer qazandığını vurğulayan Vəkilov Türkiyənin ilk qadın hüquqşünası Süreyya Ağaoğlu, ilk mühəndislərindən Tezer Ağaoğlu və nazirliyə yüksələn Səməd Ağaoğlunun önəmli şəxs olduğunu bildirib.

Əhməd bəy Ağaoğlunun vaxtilə Ankaranın Çankaya səmtində bir küçənin adını daşıdığını xatırladan Vəkilov 1976-cı ildə bu adın heç bir mənası olmayan “Vyana küçəsi” adlandırıldığını bildirib. Vəkilovun açıqlamasına görə, Sürəyya Ağaoğlu bu dəyişikliyin səbəbini öyrənmək üçün o zamankı iqtidar partiyasının başqanı Bülent Ecevitə rəsmi məktub yazsa da, cavab almayıb. Ankara Bələdiyyə Başçısı Vedat Dalokaya edilən müraciətlər də nəticəsiz qalıb.

Digər xəbərlər