"İstər “Human Rights Watch”, istərsə də Avropa Şurasının Azərbaycanla bağlı mövqeyi ikiüzlülüyün və qərəzin növbəti nümayişidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.O bildirib ki, hər iki qurum indiyə qədərki fəaliyyətləri ilə anti-Azərbaycan mövqeyində dayandığını dəfələrlə sübut edib: "Bu təşkilatlar "demokratiya" və "insan haqları" pərdəsi altında gizlənərək öz bəyanatları ilə Azərbaycana təzyiq göztərməyi hədəfləyirlər.Görünən odur ki, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycanın müstəqil siyasət yürütməsini heç bir halda həzm edə bilmirlər. Hər kəs yaxşı başa düşür ki, Azərbaycana qarşı həyata keçirilən bu fəaliyyət heç də insan haqları ilə bağlı deyil. Bu, müstəqil bir dövlətə qarşı təzyiq və şantaj kampaniyasıdır.İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının müxtəlif qrupların sifarişi əsasənda və müəyyən ianələrin qarşılığında bu və ya digər ölkələri hədəfə alan fəaliyyət sərgilədiyi məlumdur. “Human Rights Watch” da belə təşkilatlardan biridir. Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlar, ölkəmizin dünyada getdikcə artan nüfuzu, siyasi arenada söz sahibinə çevrilməsi bir çox anti-Azərbaycan dairələrin, erməni lobbisini narahat etdiyi kimi, “Human Rights Watch” kimi təşkilatları da sözün əs mənasında qıcıqlandırır.İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən “Human Rights Watch” və bəzi digər beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarına nəzər saldıqda ayrı-ayrı dövlətlərə qarşı ikili standartlardan çıxış edildiyi özünü açıq şəkildə göstərir. Sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində də ölkəmizə qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etidirildiyi ortadadır".Onun sözlərinə görə, “Human Rights Watch” –un öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətin də yer aldığı illik və paralel hesabatlara deyil, şübhəli və qərəzli mənbələrə əsaslanması bunun bariz sübutudur: "O baxımdan da "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı növbəti dəfə qərəzli hesabatı heç də təəccüb doğurmur. Çünki bu təşkilat indiyə qədərki fəaliyyətində də öz hesabatları ilə kimlərinsə maraqlarına xidmət etdiyini sübut edib.Eyni şeylər Avropa Şurası Parlament Assambleyasına da aiddir. AŞPA-nin son qətnaməsi də qərəzin və manipulyasiyanın daha bir açıq nümunəsidir. Bu qurum öz qətnaməsində erməni hərbi cinayətkarlarının, terroristlərin azad edilməsini tələb edir. Sənəddə iddia edilir ki, Xankəndidəki terrorçu rejimin keçmiş rəhbərləri və digər saxlanılan ermənilər guya "qanunsuz və saxta ittihamlarla" Azərbaycanın həbsxanalarında saxlanılır.Təsəvvür edin cinayətləri faktlarla ortada olan, dinc əhaliyə qarşı soyqırım həyata keçirən, uşaq, qadın, yaşlı demədən mülki əhalinin hədəfə alınması əmrini verən, separatizmi təbliğ edən və onu maliyyələşdirən, qeyri-qanuni hərbi birliklər yaradaraq ərazilərimizdə terror həyata keçirənlərin azad olunması tələb edilir. Əslində bu fakt özü AŞPA-nın terroru dəstəkləməsi kimi qəbul oluna bilər".
Müəllif: Söylü Ağazadə