PDF Oxu

Siyasət

  • 916

"Onların anti-Azərbaycan çıxışları bizi təəccübləndirmir" - MÜNASİBƏT BİLDİRİLDİ

image

""Human Rights Watch" təşkilatı, ümumiyyətlə, ilk anlardan Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.O bildirib ki, təkcə Azərbaycana deyil, qardaş Türkiyəyə, Türküstandakı qardaş türk dövlətlərinə, Kuzey Kıbrıs Türk Cümhuriyyətinə, yəni faktiki olaraq bütün türk dövlətlərinə bu təşkilatın münasibəti həmişə qərəzli olub, bu gün də elədir: "Ona görə də, onların anti-Azərbaycan yayımları, çıxışları bizi təəccübləndirmir. Bu belə olub, yəqin ki, belə də davam edəcək. Sadəcə olaraq ümidimiz ona qalır ki, "Human Rights Watch" təşkilatını da Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp səliqəyə salsın. Düzdür, indi kimsə deyəcək ki, bu təşkilat beynəlxalq qeyri-hökumət təşkilatıdır, Amerika dövləti onun işinə qarışa bilməz. Bunlar hamısı nağıldır, əsassızdır. Çünki biz yetərincə bu təşkilatı tanıyırıq və bilirik ki, Amerika Birləşmiş Ştatlarının dövlət departamenti bu təşkilata birbaşa təsir imkanlarına malikdir, üstəlik də istiqamət verə bilir. O baxımdan düşünürük ki, necə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD-lə bağlı araşdırmalara başlanılıb. "Human Rights Watch"-la bağlı da bənzər addımların atılmasına ehtiyac var. Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti, doğrudan da, bu məsələlərdə şəffaflıq, dürüstlük, balanslı yanaşma tələb edirsə, məncə elə "Human Rights Watch" kimi təşkilatların da fəaliyyətini dövlət müvafiq şəkildə araşdırmalıdır"."Avropa Şurasına gəlincə isə Avropa Şurası Parlament Assambleyası, təəssüflər olsun ki, keçən ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləmədi. Bununla da əslində bizi sözümüzü deməkdən məhrum etdi. Bu, qərəzli yanaşma idi. Ona görə ki, orada Azərbaycanla bağlı müzakirələr aparılır. Bizə tribuna verilmir. Bunun özü artıq AŞPA-nın qərəzli yanaşmasının bir nümunəsi, sübutudur. İndi də Azərbaycan nümayəndə heyəti AŞPA-da məlum səbəblərdən iştirak edə bilmir. Amma görürük ki, AŞPA öz sessiyasına başlayandan ən çox müzakirə etdiyi ölkələrdən biri də Azərbaycandır. Bunlar tək qapıya oynayırlar, təktərəfli hücumlar edirlər. Azərbaycana da söz haqqı tanımırlar. Halbuki Avropa Şurasının təməl prinsiplərindən biri məhz ifadə azadlığı, demokratiya, tərəflərin özünü ifadə etməsinə şəraitin yaradılmasıdır. Bizi oyundan kənar vəziyyətdə saxlayıb üstümüzə hücuma keçirlər, haqqımızda qətnamələr, qərarlar qəbul edirlər. Sonra da tələb edirlər ki, Azərbaycan bunlara əməl etməlidir. Azərbaycan isə özünə hörmət edən dövlət olaraq təbiidir ki, onların bu əsassız tələblərini heç vaxt diqqətə almayıb, bundan sonra da alan deyil" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər