“Paylan və onun kimilərinin revanşist açıqlamaları bir daha onu göstərir iki, nə dünya erməniliyi, nə də Ermənistan ictimaiyyəti Azərbaycana qarşı qanunsuz ərazi iddialarından əl çəkməyiblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azay Quliyev deyib.Onun sözlərinə görə, Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyünü təhdid edən müddəaların çıxarılmasından imtina edən Paşinyan rejiminin sülh imitasiyası da məhz vaxt qazanmaq və imkan olanda Ermənistanın təcavüzkar siyatətini davam etdirmək niyyətindən qaynaqlanır: “Başqa sözlə, Azərbaycana qarşı revanşist planların hələ də mövcud olması bu məsələyə erməni hakimiyyəti və ictimaiyyətinin vahid yanaşma sərgilədiyindən xəbər verir”.Azay Quliyev sözlərinə belə davam edib: “Rəsmi İrəvanın boş vədləri və sülh bəyanatları dünya ictimaiyyətini aldadmağa və bizi arxayınlaşdırmağa hesablanıb.Ona görə də heç vaxt imkan verməməliyik ki, Ermənistan hərbi baxımdan elə bir səviyyəyə çatsın ki, bizə real təhlükə törədə bilsin. Bu mənada həm diplomatik, həm də beynəlxalq təcrid baxımından ermənistana təzyiqləri artırmalıyıq. Cənab Prezidentin xəbərdarlıq etdiyi kimi, ölkəmizin təhlükəsizliyinə real təhdid yarandığı təqdirdə, Ermənistandakı bütün hərbi obyektlər legitim hədəf kimi məhv ediləcəkdir. Erməni xalqı və Paşinyan rejimi bu gerçəkliyi və Azərbaycanın buna qadir olduğunu qətiyyən unutmamalı, regionu yeni müharibələrə və qarşıdurmalara sürükləməməlidir”.
Ayşən Vəli