PDF Oxu

Siyasət

  • 604

Xocalı soyqırımı xalqımızın qanlı faciəsidir

image

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.Ermənilərin xalqımıza qarşı qəddarlığı əsirlər boyunca davam etmişdir. 1905-1907, 1918-1920, 1937, 1948-1953 və 1988-ci ildən 26 fevral 1992-ci ilə kimi törətdikləri soyqırımlar, vəhşiliklər, terror hadisələri cəzasız qalmışdır. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi” dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasıdır. 1992-ci ilin qanlı faciəyə kimi Xocalıda 7 min əhali yaşayırdı. İşğal olunmazdan əvvəl Xocalıda Ermənistandan qovulan 1500 azərbaycanlı, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli soydaşlarımız və 1989-cu ildə Fərqanədən qovulmuş 495 məhsəti türkü də burada məskunlaşmışdı. 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul etdi. Xocalı Qarabağda yeganə mülki hava limanına malik mühüm kommunikasiya mərkəzi idi. Xocalı polisi ermənilərin aeroport vasitəsilə Xankəndinə hərbi sursat daşımasının qarşısını tədricən almışdı.

Ermənilərin Xocalı şəhərini bu qədər amansızlıqla hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə də digər tərəfdəndə ümumiyyətlə Xocalını yer üzündən silmək idi.Çün ki,Xocalı Azərbaycan tarixinin qədim dövrdən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.Xocalının kurqanları müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf mərhələlərini özündə əks etdirirdi.Erməni işğalından sonra bu maddi –mədəniyyət abidələri məhv edildi.

Xocalı faciəsinə ilk hüquqi qiyməti ulu öndərimiz Heydər Əliyev verdi. Onun fərmanı ilə 26 fevral Xocalı soyqırımı günü kimi qeyd olunur. Xocalı faciəsi haqqında beynəlxalq təşkilatlara məlumat verilmişdir.Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında BMT-də Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsədə təəsüf ki bu qətnamələr icra olunmadi. Azərbaycan özü qətnamələri icra edərək, işğal olunmuş əraziləri geri qaytardı. Vətən müharibəsi və anti-terror əməliyyatı ilə ərazilərimiz yağı düşməndən təmizləndi. Qisasimizi aldıq və suverenliyimiz bərpa olundu. Bu gun Xocalılar öz doğma yurduna qayıdır.

Həmin qanlı gecədə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Müasir silahlar və texnika ilə təchiz olunmuş Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə yeksan etdilər. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin yeni bir mərhələsi olmaqla amansız qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır.1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral-Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmişdir. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

Hazırda azad olunmuş ərazilərdə böyük bərpa və yenidənqurma işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Xocalı şəhərinə və rayonunun Ballıca kəndinə, respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrin köçünə başlanılıb. Xocalıda və Ballıca kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbi qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər