PDF Oxu

Siyasət

  • 1 229

Nizami rayonunda Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirib.Tədbirdə rayon təşkilatının könüllülük layihəsinin məzunları və hazırki nümayəndələri, eləcə də gənclər və fəallar iştirak ediblər.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhman Hüseynov və başqaları çıxış ediblər.
Bildirilib ki, 2022-ci ildən fəaliyyətə başlayan YAP Nizami rayon təşkilatı könüllülər layihəsinin 100-dən artıq məzunu var. Onların böyük əksəriyyəti bu gün də rayon təşkilatının ictimai və sosial həyatında aktiv iştirak edirlər. Ötən dövr ərzində onlara müxtəlif mövzularda onlarla təlimlər keçirilib, “Yay məktəbləri” təşkil edilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ölkəmizdə xüsusi vüsət almağa başlamış könüllülük hərəkatı milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilib. Əlavə edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər nəinki beynəlxalq tədbirlərdə fədakarlıq nümayiş etdirib, hətta Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar.
Tədbirin rəsmi hissəsinin sonunda xüsusi fəallıq göstərən, könüllülük fəaliyyətinin təbliğində aktiv iştirak edən, fəal təşkilatçılıq fəaliyyətlərinə və təşəbbüskarlıqlarına görə bir qrup könüllü təltif edilib, Yeni Azərbaycan Partiyasına üzv olmuş gənclərə vəsiqələr təqdim edilib.

Digər xəbərlər