PDF Oxu

Dünya

  • 3 338

Rusiya qaçırılan ukraynalı uşaqları Şimali Koreyaya göndərib..?

Bu tapıntılar ABŞ Senatına təqdim edilib…

image

Rusiya müvəqqəti işğal olunmuş ərazilərdən deportasiya edilmiş bəzi ukraynalı uşaqları Şimali Koreyadakı hərbi düşərgələrə göndərir. SİA xəbər verir ki, RBC-Ukraine-ın məlumatına görə, regional insan haqları mərkəzinin eksperti Yekaterina Raşevskaya bu açıqlamanı ABŞ Senatının dinləmələri zamanı verib.

O, ukraynalı uşaqların hərbiləşdirildiyi və ruslaşdırıldığı 165 hərbi düşərgəni sənədləşdirdiyini bildirib.

Onlar işğal olunmuş ərazilərdə, eləcə də Rusiya və Belarusda, hətta Şimali Koreyada fəaliyyət göstərirlər.

Raşevskaya müvəqqəti işğal olunmuş Donetsk vilayəti ərazisindən olan 12 yaşlı Mixail və Simferopoldan olan 16 yaşlı Lizanın evlərindən 9000 kilometr aralıda yerləşən Şimali Koreyadakı düşərgəyə göndərildiyi şəklini paylaşıb.

Bu düşərgədə uşaqlar "yapon militaristlərini" məhv etməyi öyrənir və 1968-ci ildə USS Pueblo-ya hücum edərək doqquz Amerika əsgərini öldürən və yaralayan Koreya veteranları ilə tanış olurlar.

Bunu hüquq müdafiəçisi bildirib.

Xatırladaq ki, Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets bildirib ki, tammiqyaslı işğalın başlanğıcından bəri Rusiya Ukraynadan 19.500-dən çox uşağı deportasiya edib. Onlar, digər yerlərlə yanaşı, Rusiya və Belarusa köçürülür.

Digər xəbərlər

Putinin “sosial müqaviləsi” çatlayır...

Bir ekspert Kremldə açıq bir panik əlaməti gördü...

Almaniya ən böyük mülki limanını müharibəyə hazırlayır və...

...Litvaya tank briqadası yerləşdirir. Berlin bu məqsədlər üçün 1,35 milyard avro ayıracaq

Avropa və Amerika: Milyarderlərin sayının ən sürətlə artdığı yerlər...

Varlı şəxslərin sayında yavaşlama əlamətləri yoxdur...

CNN: Kreml Putinin təhlükəsizliyini gücləndirir...

...çevriliş qorxusu səbəbindən. Total nəzarət, yeni yoxlamalar və məhdudiyyətlər...

Moskvanın mərkəzi “ölüb”..?

Kreml qüllələrində pulemyotlarla xüsusi təyinatlı qüvvələr yerləşdirilib...

Moskvada ajiotaj: Rusiyanın paytaxtı parada hazırlaşır...

Şəhərə kütləvi şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirilir...