PDF Oxu

Siyasət

  • 1 089

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yüksələn xətlə inkişaf edir - ŞƏRH

image

Azərbaycan Avropa İttifaqı ilə yanaşı, quruma üzv dövlətlərlə də əlaqələrin yeni prioritetlər üzrə inkişafında maraqlıdır. Bu da Azərbaycanın xarici siyasətinin açıq vəçoxşaxəli olmasından irəli gəlir. Qarşılıqlı səfərlər, səfər çərçivəsində günümüzün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər bu əməkdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dövlət başçısı İlham Əliyevin dəvəti ilə aprelin 2-də ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin açıqlanmasında əhəmiyyətli rol oynadı. Hər bir səfər münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır.

Əməkdaşlıqda iqtisadi amil əsasdır. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr aydındır. Ölkəmizin malik olduğu təbii tesurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirdi. Artıq 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 ölkə Azərbaycan qazı ilə təchiz olunur. Bu, ölkəmizin uğurlu enerji strategiyasının göstəricisidir. Dövlət başçısı İlham Əliyev Almaniya Prezidenti ilə birgə mətbuata bəyanatında da bu məqamı xüsusi qeyd etdi. Bildirdi ki, iqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görəgələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində. Azərbaycanın çox böyük proqramı, planları var. Xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik. Bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu əsasında bu əlaqələr daha da genişlənir. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu sahəyə investisiyaların yatırılmasıdır. Azərbaycanın ötən il COP29 iqlim konfransına ev sahibliyi sözügedən səfər çərçivəsində keçirilən görüşlərdə, mətbuata bəyanatda əsas müzakirə mövzusu oldu. Cənab İlham Əliyev vurğuladı ki, bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan-Almaniya əlaqələri ölkələrimizlə yanaşı, bütövlükdə Cənubi Qafqaz regionu üçün çox böyük əhəmiyyət daşıyır. Regionun lider dövləti, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi böyük nüfuza malik Azərbaycan ilə əməkdaşlıq Almaniya üçün xüsusi önəmə malikdir. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa edib. Məhz Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsi üzrə danışıqlara başlanılıb və sənədin mətni tam razılaşdırılıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında da bu məsələyə xüsusi diqqət yönəltdi.

Göründüyü kimi, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Digər xəbərlər