Cənubi Qaz layihəsi Avropanın enerji sektorunda mühüm yer tutur. Qərb liderləri bu layihəyəyə böyük diqqət ayırır. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji resurslarının daha geniş bazarlara çatdırılması və enerji təhlükəsizliyinin artırılması baxımından mühüm addım olub. Cənub Qaz Dəhlizi, eyni zamanda, Azərbaycanın beynəlxalq enerji bazarlarında mühüm oyunçu olmasını təmin edir. Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın deyil, həm də digər ölkələrin, xüsusən Türkiyə, Gürcüstan və Avropa ölkələrinin də maraqlarını əhatə edir. Bu, regional əməkdaşlığın möhkəmlənməsinə və müxtəlif tərəfdaşlar arasında əlaqələrin inkişafına şərait yaradır. Dəhliz, Avropanın qaz təchizatını şaxələndirir və Rusiyadan asılılığın azalmasına kömək edir. Bu, Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, təkcə enerji sahəsində deyil, eyni zamanda regional iqtisadiyyatın inkişafına da mühüm təsir göstərir. Layihənin həyata keçirilməsi, infrastruktura, iş yerlərinə və beynəlxalq ticarətə təkan verir. Ətraf mühitin qorunması və yaşıl enerjiyə keçid baxımından da bu layihənin önəmi var. Cənub Qaz Dəhlizi ilə paralel olaraq, yaşıl enerji layihələrinin inkişafı da ön plandadır. Bu, Azərbaycanın enerji sektorunun bərpa olunan mənbələrə yönəlməsində mühüm bir addım ola bilər. Cənub Qaz Dəhlizi, sadəcə bir infrastruktur layihəsi deyil, həm də Azərbaycan üçün strateji və iqtisadi baxımdan böyük bir uğurdur. Bu, həmçinin Azərbaycanın beynəlxalq arenada etibarlı və güclü bir enerji tərəfdaşı kimi mövqeyini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışında bu layihənin əhəmiyyəti və perspektivi haqqında geniş danışıb: “Mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Azərbaycanın enerji resurslarının şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir.Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını mühüm mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb.Bu layihə barədə dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki CQD-nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı CQD dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir.Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb: Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri