PDF Oxu

Siyasət

  • 1 572

Paşinyanın parlament seçkilərində qalib gəlmək perpsektivi necədir? – ŞƏRH

image

Aleksandr Perendjiyev: “Mən inanıram ki, Ermənistan nə vaxtsa yenə də Azərbaycandan Qarabağ üçün bağışlanmasını istəyəcək”

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, politoloq Aleksandr Perendjiyev “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın gələn il keçiriləcək parlament seçkilərində qələbə perspektivlərini şərh edib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Ermənistan hakimiyyəti bu yaxınlarda parlament seçkilərinin tarixini açıqladı, Nikol Paşinyanın seçkilərdə qalib gəlməsinin perspektivləri necədir?

- Mən hesab edirəm ki, Nikol Paşinyanın gələn il parlament seçkilərində qalib gəlməsi baxımından böyük perspektivləri var. O, 2018-ci ildə hakimiyyətə gəldi və dəfələrlə onun devrilməsi ilə nəticələnə biləcək çox kəskin, çətin, zahirən həll olunmayan apokaliptik vəziyyətlə üzləşdi. Amma gördüyümüz kimi o, artıq 8 ildir hakimiyyətdədir. Müxalifət isə heç vaxt ona əsl rəqibə çevrilməyib.

Eyni zamanda, hesab edirəm ki, Ermənistanın indiki baş naziri “sağ qalmaq” və müəyyən dərəcədə müxalifətlə “qarşılıqlı fəaliyyət” sxemi tapıb. Rollar, necə deyərlər, illərdir bölüşdürülüb. Müxalifət özü Paşinyan üçün kifayət qədər müsbət imic yaradır. Eyni zamanda, müxalifət bu gündəmin aktual olduğu şəraiti və əhalidə baş nazirin uzaqlaşdırıla biləcəyi illüziyası yaradır.

Obyektiv olaraq bu gün Ermənistan Respublikasında müxalifət hakimiyyət kimi deyil, məhz müxalifətçi kimi aktualdır. Çünki Nikol Paşinyanın hakimiyyətdə qaldığı 8 il ərzində sadə insanlar revanşizm məsələsində sakitləşib və qondarma “Qarabağ klanı”nın gündəmi onları yorub. Onlar sadəcə normal həyat sürmək istəyirlər. Paşinyan sözün əsl mənasında erməni dünyasını, Ermənistanı yenidən işə salmağa, onun üçün yeni səhifə açmağa çalışır və “əsl Ermənistan” ideyasını təbliğ edir.

Paşinyan, gördüyümüz kimi, havada ahəngini tez dəyişə bilən dövlət başçısıdır. Məlum olduğu kimi, o, Ermənistanın Rusiyadan qopmasına səbəb olub. İndi onun necə geri çəkildiyini görürük. Tamamilə yox. Ancaq yenə də açıq tendensiyalar var. Lavrov və Matviyenkonun Ermənistana son səfərləri. Ermənistan hakimiyyətinin İrəvanın Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxmaq niyyətində olmadığı barədə eyfonik bəyanatları. Oxşar bəyanatları Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan yanvarda Moskvaya səfəri zamanı səsləndirib. Və İrəvan bəyan etməyə başladı ki, onlar Rusiya və Qərbə qarşı deyillər, Rusiya Federasiyası ilə də müttəfiqlik münasibətləri inkişaf etdirirlər.

Paşinyan Qərbin daha az dəstəyi fonunda anladı ki, onun üçün açıq şəkildə Rusiyaya qarşı getməsi sərfəli deyil və münasibətlərdə Ermənistan üçün sərfəli olan istiqamətləri saxlamaq lazımdır. Xüsusilə, Ermənistanın Aİİ-yə üzv olması respublikaya böyük bonuslar gətirir. Ermənistan əsasən Rusiya ilə vəziyyəti gərginləşdirməyi dayandırıb. Qərb isə belə görünür ki, bu məqama dözür. Ona görə də indiki Ermənistanın baş naziri “atları tələsdirmir”. Beləliklə, Paşinyan Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olan Ermənistan cəmiyyətinin və cəmiyyətin Ermənistanın Avropa gələcəyinə “kök salan” hissəsinin tələblərinə cavab verir. Yəni burada da Paşinyan balansı saxlayır.

Bundan əlavə, Paşinyan Azərbaycan üçün yaxşı variantdır, əvvəllər nə və necə deməsindən asılı olmayaraq, sülh səhifəsi məhz onun hakimiyyəti altında başlayıb. Nəhayət, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı, sərhədlərin delimitasiyası prosesi başladı və sülh müqaviləsi razılaşdırıldı. “Qarabağ klanı” işğalçılarının mövqeyini nəzərə alaraq belə perspektivlər mümkün idimi? Ehtimal yoxdur.

Eyni zamanda mən inanıram ki, Ermənistan nə vaxtsa yenə də Azərbaycandan Qarabağ üçün bağışlanmasını istəyəcək. Bu düzgün və məntiqli olardı. Və onda sizə bu fikirlərimi bir daha xatırladacağam.

-Bununla yanaşı, İrəvanın sırf anti-Rusiya və Qərbyönümlü ritorikadan imtina etməsinin səbəbi nədir?

-Ermənistanın əhalisi əsasən Rusiyadan dotasiya alır. Elitanı isə Qərb dotasiya edir. Ona görə də bu siyasət balanslılığa və eyni vaxtda iki stulda oturmaq istəyinə bağlıdır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər