Özbəkistan Çin kapital axınlarının hərəkətverici qüvvəsinə çevrilib...
Çinin Mərkəzi Asiyaya yığılmış birbaşa xarici investisiyaları 2016-cı ildəki 19,6 milyard dollardan 2025-ci ilin ortalarına qədər 35,9 milyard dollara yüksəlib. İnvestisiyaların təxminən 90 faizi üç ölkədə cəmləşib: Qazaxıstan (32 faiz), Özbəkistan (30 faiz) və Türkmənistan (27 faiz). İnvestisiyalar əsasən xammal sektorundadır və 46 faiz təşkil edir.
Lakin istehsal və enerji sektorunun payı artmaqdadır və artıq Çinin regiona investisiyalarının üçdə birindən çoxunu təşkil edir.
SİA xəbər verir ki, Deutsche Welle-yə görə, bu məlumatlar Avrasiya İnkişaf Bankının "Çin və Avrasiya Regionu: İnvestisiya Axınlarının Təhlili" hesabatında göstərilib.
Qazaxıstan 11,4 milyard dollarla Mərkəzi Asiyaya Çinin birbaşa xarici investisiyalarının ən böyük alıcısı olaraq qalır. 2022-ci ildən sonra Özbəkistan ikinci ən böyük alıcı oldu. Eyni zamanda,
Özbəkistan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 35 dəfə artıb - 2016-cı ildəki 300 milyon dollardan az olan bu rəqəm 2025-ci ilin birinci yarısında 10,7 milyard dollara çatıb.
Əli Babayev
Şiə milisləri təsirlərini əhəmiyyətli dərəcədə artırıblar...
Tərtibatçı artıq müqavilələr imzalayıb...
Təbliğatçı nüvə zərbəsi tələb edir...
Şərt elan edilib...
...ABŞ istənilən yerdə narkotik kartellərinə qarşı quru hücumları həyata keçirə bilər. Vaşinqton marşrutlar və bazalar haqqında "hər şeyi bilir"...
Çin ordusunda genişmiqyaslı təmizləmə əməliyyatı baş verdi...
Necə işləyir..?