PDF Oxu

Siyasət

  • 610

Xankəndidən dünyaya səs salan Zirvə görüşü - ŞƏRH

image

Azərbaycanın Xankəndi şəhərində 2025-ci ilin ən önəmli beynəlxalq tədbirlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü keçirildi. Bu fakt təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də geosiyasi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tədbir Qarabağın mərkəzi olan Xankəndidə ilk dəfə beynəlxalq səviyyəli zirvə görüşünün keçirilməsi ilə yadda qaldı və Azərbaycanın suveren hüquqlarının beynəlxalq müstəvidə tam şəkildə tanındığını bir daha təsdiqlədi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin etdiyi çıxış isə həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli mesajlarla zəngin oldu.

Çıxışına tədbirin məhz Xankəndidə keçirilməsinin rəmzi və tarixi əhəmiyyətini vurğulamaqla başlayan cənab prezident bildirdi ki, bu gün Qarabağın mərkəzində, illər boyu erməni separatizminin məkanı olmuş Xankəndidə beynəlxalq tədbirin keçirilməsi Azərbaycanın tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirir.

Son illərin Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi də Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Bir sözlə, azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı.

Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında keçirilən son görüşlər, ECO çərçivəsində qarşılıqlı anlaşma və birliyin gücləndiyini nümayiş etdirdi.Tədbirdə çıxış edən dövlət başçıları Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndini Qafqazın sülh və inkişaf mərkəzi kimi xarakterizə etdi və Şuşanın 2026-cı ildə ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi. Bu, Azərbaycanın təkcə enerji və nəqliyyat sahələrində deyil, həm də turizm və mədəniyyət sahəsində güclənən mövqeyini göstərdi.

Zirvə görüşü Azərbaycanın sülhə, inkişafa və regional inteqrasiyaya sadiqliyinin parlaq nümunəsi kimi qeyd edildi. Tədbir regional əməkdaşlığa, qarşılıqlı anlaşmaya və tərəqqiyə xidmət edir. Prezident İlham Əliyevin liderliyi, xalqımızın birliyi sayəsində Qarabağın yenidən dirçəldilməsindən böyük qürur hissi ilə bəhs edən qonaqlar onu da qeyd etdilər ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Gələcək Zirvə görüşlərinin bu təcrübəni davam etdirəcəyinə əminlik ifadə edildi.

Xankəndidə keçirilən toplantı həm də dünyanın diqqətini Qarabağda gedən müsbət dəyişikliklərə yönəldir. Qarabağ artıq münaqişə deyil, sülh, sabitlik və iqtisadi dirçəliş məkanıdır. Zirvə zamanı qəbul edilən qərarlar yalnız Azərbaycan deyil, bütövlükdə region üçün strateji nəticələr verəcək. Xankəndi Zirvəsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış və bərpa işləri aparan ölkə deyil. O, əməkdaşlıq yəzlaqələri quran, diplomatik balans yaradan və liderlik edən dövlətdir.

Azərbaycan üçün bu tədbir üçüncü dəfədir keçirilmiş zirvə görüşlərindən fərqli olaraq, Qarabağda təşkil olunmağı və regionun bərpası, beynəlxalq əməkdaşlıq və diplomatik məsələlərin real işlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.Bu görüş, eyni zamanda, regionun gələcəyi üçün sabitlik və inkişafın mümkünlüyünü nümayiş etdirdi.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər