PDF Oxu

Siyasət

  • 632

Zəngəzur dəhlizinin strateji əhəmiyyəti Hörmüz boğazını da üstələyə bilər - TƏHLİL

image

Avqustun 15-də Vaşinqitonda baş tutan yüksək səviyyəli iki və üç tərəfli görüş, imzalanan sənədlər, ifadə olunan Birgə Bəyannəamə bir daha təsdiq edir ki,Tramp marşurutunun (Zəngəzur dəhlizi) açılması zamanı uzaqda deyil. Faktiki dəhlizin açılması tarixi ədalətin bərpası olacaq. İyirminci əsrin əvvəllərində ermənilərə hərbi siyasi dəstək göstərən qüvvələr, o cümlədən Rusiya bölgə də azərbaycanlıların kütləvi şəkil də qətlini həyata keçirməklə Zəngəzurun boşaldılmasına və ərazinin Azərbaycandan qopararaq ermənilərə verilməsinə nail oldular. Bununla da Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın quru əlaqələri kəsildi. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində imzalanmış 10 noyabr Bəyannaməsinə əsasən Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasını qəbul etmişdir. 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndə əsasən münaqişə tərəfləri regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi öhdəliyini götürdülər. Bəyanatın həmin bəndində qeyd olunur: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir...Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Zəngəzur dəhlizinin açılması ilə nəhayət Naxçıvan Muxtar Respublikası blokadadan çıxmış olacaq və türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaq. Bu isə türk dövlətlərin güclənməsinə və beynəlxalq aləmdə rolunun daha da artmasına təkan olacaq. Həm də Zəngəzur dəhlizi öz əhəmiyyətini daha da artırmış olacaq. Hətta Zəngəzur dəhlizinin strateji əhəmiyəti qlobal enerji ticarətinin onurğa sütunu hesab olunan Hörmüz boğazını üstələyə bilər. Çünki dünyanın istənilən nöqtəsindən Zəngəzur dəhlizi vasitəsi ilə yükdaşınmalar həyata keçirmək mümkün olacaq. Xüsusilə də, Zəngəzur dəhlizi vasitəsi ilə Çindən, Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya məhsullar daşınması təmin olunacaq. Bu isə tarixi İpək yolunun bərpası deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında demişdir: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”

Azərbaycan dünyanın itisadi mərkəzinə çevrilir

Hazırda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Yeni inşa edilən yol boyunca layihə çərçivəsində zəruri yerlərdə ortalama ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası nəzərdə tutulur. Azərbaycan Prezidenri, fateh Sərkərdə İlham Əliyevin tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edəcək. Verilən məlumatlra istinadən demək olar ki, artıq Ermənistan tərəfidə hər cür kənar təsirlərə və təzyiqlərə baxmayaraq Tramp marşurutunun (Zəngəzur dəhlizi) inşası istiqamətində işlərə başayır. Bununla bağlı Ermənistanın müvafiq qurumları layihə hazırlayıb və layihənin icrası istiqmətində genişmiqyaslı işləyə başlayıb. Təbii ki, Zəngəzur dəhlizinin inkişafı regionun iqtisadi inkişafına təkan olmaqla bölgədə sabitlyin t\əmin olunmasına mühüm tövhələr vermiş olacaq. Həm də Zəngəzur dəhlizi yalınız Azərbaycan və Ermənistanın marqlarının ifadə edilməsinə xidmət etməyəcək, həm də digər region ölkələrinin, o cümlədən Rusiya, fars-molla rejiminin, Gürcüstan və Türküyənin maraqlarının təmin olunmasına xidmət edəcək. Dəhliz Rusiya üçün Cənubi Qafqaz və qonşu ölkələrə yük daşımalarında əsas marşruta çevriləcək. Rusiya qatarları və iritutumlu vatomabilləri yüklərlə Azərbaycan ərazisindən Zəngəzur dəhlizinə keçə, ordan Naxçıvan-Türkiyə vasitəsi ilə Avropaya çıxış əldə edə biləck. Eyni zamnda Trmap marşurutu “Zəngəzur dəhlizi) fars-molla rejimi üçün nəfəslik pəncərə rolunu oynaya bilər. Çünki onsuz dünya birliyi tərəfindən təcrid olunan fars-molla rejimi Zəngəzur dəhliznin imkanlarından bəhrələnməklə Avropaya çıxış əldə imkanı qazana bilər. Müəmmalı hal ondan ibarətdir ki. Rusiya və fars molla rejimi Zəngəzur dəhliznin strateji ənəmiyyətini olduğu kimi qəbul etmək istəmirlər. Onlar anlamırlar ki, Zəngəzur dəhlizi onlar üçün xeyir və hər cür marqlarının təmin edilməsinə xidmət edə biləcək dividend gətirə bilər. Bunu real şəkildə anlamadıqlarından cığallıq edir, müxtəlif təxribatları ilə Zəngəzur dəhlizinin açılmasına əngəllər yaratmağa çalışırlar. Rusiya Vaşınqitonda Azərbaycanla ERmənistan arasında sülh müqaviləsinin imzalanmasına dair razılaşma əldə olunduğu və Zəngəzur dəhlizinin açılması istiqamətində anlaşma əldə olunduğu gün Ukraynada Azərbaycana məxsus neft terminalını dronlarla vurdu. Fars-molla rejiminin əmmaməli molları hədələyici bəyanatlarla çıxış etdilər. Hətta baş mollanın baş müşaviri Əli Əkbıər Vilayəti bəyan etdi ki, onlar ya rusiya ilə bilikdə, ya da təkbaşına Tramp marşurutunun açılmasına imkan verməyəcəklər. Bu azmış kimi fars-molla rejiminin xarici işlər naziri Abbası Araqçı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana zəng edərək, ondan Zəngəzur dəhlizindən imtina edilməsini tələb etdi. Nəhayət prezident Məsud Pezeşkian Ermənistana səfər edərək, iki gün İrəvanda Zəngəzura mane olmaq üçün nağıllar danışdı.

Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək

Zəngəzur dəhlizinə qarşı Rusiya tərəfi pərdəarxası mübarizə aparır. O mənada ki, rəsmi Moskva Ermənistandakı koçaryanları, sarkisyanları və nəhayət kilsəni işə qoşmaqla Tramp marşurutunun açılmasını əngəlləməyə çalışır. Bununla yanaşı Rusiya rəsmi şəxsləri vasitəsi ilə Paşinyan rejimini hədələməkdən də çəkinməyir. Avqustun 20-21-də Ermənistanda səfərdə olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıq şəkildə Paşinyanın komandasını təhdid etdiyi bildirilir. O İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə açıq mətnlə Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin istəklərindən danışıb. zinin tələbləri ök keçirib.Overçuk i, Ermənistanın gömrük orqanlarının "Tramp yolu"nda gömrük nəzarətini həyata keçirməyəcəyi təqdirdə Ermənistan Avrasiya İqtisadi İttifaqı(Aİİ) ilə problem yaşayacağını bildirib. Xatırladıb ki, Avrasiya İqtisadi İttifaqı prinsiplərinə görə, Aİİ-nin vahid gömrük ərazisindən keçən mallar vahid gömrük nəzarətindən keçir. Tramp marşrutu (Zəngəzur dəhliz) Azərbaycanın Naxçıvana ticarət çıxışını təmin edəcək. Rusiyanın baş nazrinin müavini hədə mesajı səsləndirərək qeyd edib ki, əgər Ermənistan Respublikasının gömrük orqanları yollara nəzarəti həyata keçirməzsə, o zaman Ermənistan Avrasiya İqtisadi İttifaqının əsas prinsiplərinin birtərəfli qaydada pozulması ilə qarşılaşacaq.

Rusiyanın, Fars-molla rejiminin Zəngəzur dəhlizinin açılamsından narahat olmaları onu təsdiq edir ki, onlar regionda sabitliyin, azad iqtisadi əlaqələrin qurulmasını istəmirlər. Maraqları ondan ibarətdir ki, region daim münaqişlərlə çalxalansın. Lakin artıq onlar heç nə edə bilməyəcəklər. Zəngəzur dəhlizi xalqımıza böhtəşəm hərbi, siyasi, dipliomatik qələbə bəxş edən Fateh Sərkərdə, Prezident İlham Əliyevin dediyi kimi mütləq açılacaq. Çünki bunu biz istəyir. Ona görə ki, millət olaraq biz qalib millətik. Biz istənilən tələbi irəli sürüb, onu qəbul etdirə bilərik. Zəngəzur dəhlizi açılınca dünyanın diqqəti regiona yönələcək. Hətta elə bir vəziyyət yaranacaq Zəngərur dəhlizi strateji əhəmiyyətinə və qlobal gücünə görə Hörmüz boğazını üstələyəcək. Zəngəzur dəhlizi də Hörmüz bağazı kimi təkcə iqtisadi deyil, həm də böyük güclərə təsir etmək imkanına dəhliz olacaq.

Hörmüz boğazı ilə Zəngəzur dəhlizinin fərqi

Hörmüz boğazı ilə Zəngəzur dəhlizinin fərqi yalnız ondan ibarətdir ki, birinci su, ikinci isə quru yoludur. Zəngəzur dəhlizin uzunluğu 40 kilometr, eni isə 15 kilometrə yaxın olacaq. Hörmüz boğazının uzunluğu 50 kilometr, eni isə 33 kilometrdir. Hörmüz boğazı əsasən Omana aid olsa da fars-molla rejimi bu ərazilərə burnunu müxtəlif vasitələrlə soxmaqdadır. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, fars-molla rejimi boğazda müxtəlif terrora uyğun fəaliyyətlə meydan sulamaqdadır, Oman isə proseslərə ümumiyyətlə qatılmır. Beynəlxalq hüquqi nöqteyi-nəzərdən boğaz sülh yolu ilə keçid azadlığını təmin edən Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına uyğun olaraq beynəlxalq boğulma nöqtəsi kimi müəyyən edilir. Bu kontekstdə heç bir ölkənin boğaz üzərində mütləq suverenliyi yoxdur. Qeyd etdiyim kimi Oman boğaza daha yaxın olsa da, proseslərə müdaxilə etməyir. Bundan istifadə edən hazır ki, fars –molla rejimi Hörmüz boğazı üzərində hakim mütləq olmaq iddiasına düşür. Ancaq ABŞ Körfəzdəki müttəfiqlərinin enerji təhlükəsizliyini təmin etmək və fars –molla rejiminin gözlənilən təxribatlarının qarşısını almaq üçün bölgədə daimi hərbi mövcudluğunu saxlayır. ABŞ-ın 5-ci Donanmanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında patrul edir və ticarət keçidlərinin təhlükəsizliyini təmin edir. ABŞ-ın bu strateji iştirakı boğaza nəzarətin tam şəkildə hansı dövlətə aid olduğunu müəyyənləşdirməyə imkan vermir. Hörmüz boğazı təkcə regional deyil, həm də qlobal miqyasda strateji və iqtisadi təsir yaradan keçiddir. Neft və təbii qaz nəqlinin böyük bir hissəsi bu darboğazdan keçməklə yanaşı, regional güclər arasında hərbi və diplomatik güc mübarizələrinə də ev sahibliyi edir. Ona görə də boğazın əhəmiyyəti enerji nəqlindən çox-çox kənarda çoxşaxəli qlobal problem kimi qəbul edilməlidir. Səudiyyə Ərəbistanı, Küveyt, Fars-molla rejimi, İraq, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən gələn tankerlər bu boğazdan keçərək Avropa, Asiya və Amerika bazarlarına yollanır. Hörmüz boğazı qlobal enerji ticarəti üçün kritik bir nöqtədir. Dənizlə daşınan dünya xam neftinin təxminən üçdə biri bu dar su yolundan keçir. Gündə orta hesabla 20 milyon barel xam neft daşıyan təxminən 100-110 tanker qlobal bazarlara çıxmaq üçün boğazdan keçir. Bu məbləğ qlobal neft istehlakının təxminən 20%-ni təşkil edir. Potensial böhran və ya hərbi müdaxilə səbəbindən Hörmüz boğazının bağlanması qlobal enerji bazarlarına dramatik təsir göstərəcək. Gündəlik təxminən 20 milyon barel neft və böyük miqdarda mayeləşdirilmiş təbii qaz daşıyan bu boğaz qlobal enerji təchizatında ən həssas nöqtələrdən biridir. Boğaz bağlansaydı, tədarük şoku qaçılmaz olardı, çünki alternativ boru kəmərləri bu həcmi qarşılaya bilməyəcək.

Hörmüz boğazı Yaxın Şərqdə qüvvələr balansı baxımından kritik bir nöqtədədir. Fars-molla rejiminin boğazın şimal sahillərinə nəzarət etməsi, vaxtaşırı keçidi məhdudlaşdırmaqla hədələməsi və nəticədə Qərb dövlətlərinin bölgədə hərbi mövcudluğu bu dəniz yolunu geosiyasi rəqabətin mərkəzinə gətirib. NATO ölkələri, Körfəz Əməkdaşlıq Şurası və Asiya-Sakit Okean dövlətləri boğazın təhlükəsizliyinə birbaşa təsir edən siyasətlər hazırlayırlar. Hətta İsrail fars-molla rejimini ardıcıl olaraq bombalayıb, generallarını bir-bir məhv etdiyi 12 günlük müharibə dövründə Hörmüz boğazını bağlayacağını bəyan etmişdir. Bu zaman dünya birliyi, xüsusi ilə də ABŞ və Avropa fars-molla rejimini sərt hədələməyə başladığı zaman əmmaməli mollar rəqiblərini Hörümz boğazında minalara basdırmaqla təhdid etdi. Təbii ki, fars-molla rejimi belə bir terror vasitəsinə ələ atardısa, bu neft və neft mıəhsullarının indikindən 4-5 dəfə artıq bahalaşmasına gətirib çıxarardı. Enerji idxalından asılı olan ölkələr iqtisadi daralma riski ilə üzləşə bilər, eyni zamanda enerji ixrac edən ölkələr üçün tranzit strukturlarının etibarsızlığı yeni logistika və investisiya problemləri yarada bilərdi. Ancaq Fars-molla rejimi terror vasitəsinə əl ata bilmədi. Çünki ABŞ-ın müdaxiləsi ilə İsrail Fars-molla rejimini sıradan çıxartmaq siyasətini dayandırdı.

Bir sözə, onu demək olar ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən bir müddət sonra Hörmüz böğazı kimi strateji əhəmiyyət daşıyacaq, hətta bir qədər boğazı üstələyəcək. Bu üstünlükdən yalnız region deyil, dünyanın istənilən ölkəsi bəhrələnmək imkanı qazanacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər