PDF Oxu

Sosial

  • 1 832

“Veteranlarımız” layihəsi... - MASALLIDA...

image

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında təşkilatın “Veteranlarımız” layihəsi çərçivəsində bir qrup partiya veteranının yubileyləri münasibətilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev partiya veteranlarını yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.

Seyfəddin Əliyev qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. “Məhz bu siyasətin nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək şanlı Qələbə qazandı, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad edildi”.

Yubilyarlar Ramiz Tağıyev, Bəybala Əliyev, Gülnaz Talıbova və Rizvan Rzayev göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda partiya veteranlarına rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər