PDF Oxu

Siyasət

  • 673

Əli Kərimli həbsdə olan Ramiz Mehdiyevlə əlaqələr qurmağa çalışarkən ifşa olundu ANALİZ

image

Bugünkü reallıq ondan ibarətdir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və dəstəsinin ifşa edilməsindən sonra dağıdıcı müxalifət təlaş içindədir. Partiya sədrləri anlaqsız vəziyyətdə anormal çıxışlar edir, dezinformasiya xarakterli açıqlamalar verirlər. Xüsusilə də AXCP sədri Əli Kərimli yumurtası tərs gələn toyuq kimi bütün günü sosial şəbəkələrdə Ramiz Mehdiyevlə bağlı ziddiyyətli fikirlər səsləndirir, videolar paylaşır. Bununla o Ramiz Mehdiyevlə əlaqələrinə dair mövcud faktları şübhə altına almağa çalışır. Lakin ortada olan sənədlərlə sübuta yetirilir ki, Ramiz Mehdiyevin dövlət çevrilişi məqsədilə yaratdığı 50 nəfərdən ibarət “Dövlət Şurası”nın tərkibində yer alan müxalifət nümayəndələrinin arasında Əli Kərimlinin adı ön sırada yer alır. Hətta araşdırmalarla təsdiq olunur ki, dəfələrlə Əli Kərimli Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirovla görüşüb və köməkçidən AXCP sədri olaraq müəyyən göstərişlər, təlimatlar alıb. İddialara görə, Əli Kərimli Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirovun həbsindən sonra depressiya vəziyyətinə düşüb. Təlaş içində hər an həbs oluna biləcəyini düşünür. Qorxur ki, E.Əmirov istintaq orqanlarına onun da Ramiz Mehdiyevin dəstəsinin əsas fəallarından olduğunu söyləyər. Bu halda onu istintaqa cəlb edə bilərlər. Məlumata görə, Əli Kərimli məsələdən çox narahat olduğu üçün Ramiz Mehdiyevlə və ya Ramiz Mehdiyevin yaxın çevrəsi ilə əlaqə saxlamağa çalışır. Hətta bunun üçün müəyyən vasitəçilər axtarışına da çıxıb. Ancaq hələ ki, Ramiz Mehdiyevlə onun arasında əlaqə qura biləcək vasitəçi tapa bilmir.

Araşdırmalarla sübuta yetirilib ki, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və Arif Hacılı ümumilikdə Ramiz Mehdiyevdən 18 milyon manat pul alıblar. Məhz belə “işgüzar” əlaqələrin nəticəsi olaraq Milli Şura, AXCP və Müsavat sifarişli etiraz aksiyaları təşkil ediblər. Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasındakı işindən uzaqlaşdırıldıqdan sonra dağıdıcı məxluqlar aksiyalara son verdilər. Bu günə qədər də mitinqlər keçirmirlər. Eyni boşluğu xaricdəki antimilli ünsürlərdə yaşayırlar. Yəni xaricdəki “söyüş müxalifəti” əvvəlki qaydada təhqir, söyüş, ittiham elelmentlərindən geniş istifadə etmirlər. Digər tərəfdən Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov və digər xaricdəki antimilli ünsürlər təxribat maşını hesab olunan internet TV-lərini bağlamaq qərarını açıqlayıblar. Səbəbini də TV-nin normal fəaliyyətini qurmaq üçün maliyyə vəsaitinin çatışmazılığı ilə əlaqələndirirlər.

AXCP trol yığnağına çevrilir

AXCP sədri Əli Kərimli Ramiz Mehdiyevin həbs olunması ilə növbənin ona da çatacağından qorxuya düşdüyündən əsassız formada hay-küyə başlayıb. Bu işdə ona AXCP-dəki trollar da yardımçı olurlar. Əli Kərimlinin və onun AXCP-dəki trollarının Facebook, YouTube və s. sosial şəbəkələrdə canlı yayıma çıxması və böhtan xarakterli açıqlamalarla çıxış etmələri onların çıxılmaz durumda olduqlarını göstərir.

Bütün dövrlərdə hay-küylü mövqedən çıxış etmək, yalan informasiyalar yaymaq AXCP sədri Əli Kərimli və onun dəstəsinin əsas iş prinsiplərindən olub və xaricdəki dəstəkçilərin diqqətini öz üzərlərinə hər zaman bu formada yönəldiblər. Bu kimi faktlar onu deməyə əsas verir ki, Əli Kərimli və onun dəstəsi üçün kişi kimi mübarizə aparmaq adında anlayış keçərli deyil. Çünki siyasətdə ən "axırıncı" variantlar nədirsə, Əli Kərimli onu sınaqdan keçirib. Məhz bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti Əli Kərimli və onun AXCP-dəki troll yığnağını qətiyyətlə rədd edir və irəli sürdükləri istənilən ideyanı, təklifi qətiyyətlə rədd edirlər.

Görünən ondan ibarətdir ki, Əli Kərimlinin səhv siyasəti AXCP daxilində onsuz da ağır olan durumu daha da gərginləşdirib. Xüsusilə də, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə kölgə salmaq və cəmiyyətdəki yüksək qələbə sevincinə xələl gətirilməsinə cəhdlərin göstərilməsi dağıdıcı müxalifəti, xüsusilə də Əli Kərimlini ictimai rəyin gözündən tamamilə salıb. Hər kəsi bu mənada bir sual düşündürür, AXCP və Müsavat nədən ermənipərəst mövqe sərgiləyir? Təbii cavabı sadədir, müxalifəti erməni maraqlarından çıxış etməyə, xarici ağaları təhrik edir. Eyni zamanda onları ermənipərəst mövqedən çxış etməyə Ramiz Mehdiyev və dəstəsi məcbur edib. Bununla bağlı çoxsaylı faktları mövcuddur. Hansı ki, xarici maraqlı dairələr və Ramiz Mehdiyevin dəstəsi onlara maliyyə yardımları göstərib. Yəni məslək və əqidələrini, milli və dövlətçilik maraqlarını xarici dairələrin ayırdığı pula satırlar. AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və digər üzdəniraq məxluqlar hakimiyyətə qara yaxmaq, iqtidar-xalq birliyinə kölgə salmaq üçün hər cür iyrənc vasitələrdən istifadə edirlər. Onlar sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasından istifadə edərək milli maraqların əleyhinə antitəbliğat kampaniyası aparır, hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürürlər. Bu baxımdan, dağıdıcı müxalifətin cəmiyyətdə, həm də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar.

Ramiz Mehdiyevin həbsi ilə Müsavat və AXCP-nin də siyasi arenanı tərk edəcəkləri qaçılmazdır

AXCP və Müsavat funksionerləri Azərbaycanın dövlətçilik maraqlarına qarşı şər və böhtan kampaniyasında birlik nümayiş etdirsələr də, əslində, bir-birlərinə qarşı qatı düşməndirlər. Hər fürsətdə, biri digərini gözdən salmaq, sıradan çıxarmaq ənənələrini davam etdirirlər. Bir ara onlar bir araya gələrək, “Milli Şura” deyilən qondarma qurumun yaradılmasında da iştirak etmişdirlər. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter aldı ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin "razborka" meydanına bənzədirdilər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyurdu. Müsavatın Milli Şura daxilində təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra qurumu tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün qurumun sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefa verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı. Artıq demək olar ki, “Milli Şura” deyilən qurum mövcud deyil. Sadəcə, Ə.Kərimli hikkəsinin və iddiasının əsasında “Milli Şura”nın mövcudluğunu kağız üzərində də olsa saxlamaqdadır. Ümumiyyətlə, bugünkü reallıqlar onu deməyə əsas verir ki, müxalifətin əsas hissəsi dağılmağa məhkumdur. Çünki partiya sədrləri özəl maraqlardan çıxış edir, xalqa fayda vermək, ölkədə demokratik proseslərin sürətlənməsinə dəstək olmaq siyasətindən uzaqdırlar. Bu baxımdan dağıdcı müxalifətin tarixin zibilliyinə atılması qaçılmazdır. Ramiz Mehdiyevin həbs olunması və onun həbsindən sonra dəstənin tərkibində dağıdcı müxalifət liderlərinin də adlarının yer alması faktının üzə çıxması AXCP və Müsavatın, eləcə də Milli Şuranın dağılmasının uzun çəkməyəcəyindən xəbər verir.

İLHAM ƏLİYEV

Digər xəbərlər