Azərbaycan bərpa olunan enerji mənbələrinə görə dünyanın qabaqcıl ölkələrindən biri hesab edilir. Yerləşdiyi coğrafı relyefin əlverişli olması ölkədə bərpa olunan enerji mənbələrindən istifadə edilməsinə böyük imkan yaradır. Bununla yanaşı ölkəmizin təbii ehtiyatlarla zəngin olması onun enerji sahəsində sürətli inkişafına və dünya bazarında söz sahibi dövlətə çevirilməsinə gətirib çıxarmışdır.
Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra ölkədə hakimiyətdə olan qüvvələrin siyasi bacarıqlarının olmaması, bu zənginliklərdən istifadə etməyi bacarmaması, ölkədəki həm daxili, həm də xarici böhranlarının qarşısını ala bilməməsi ölkəmizi get-gedə uçuruma sürükləyirdi. Bu böhrandan bizi yalnız Heydər Əliyevin xilas edəcəyini bilən xalqımızın təşəbbüsü ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən ölkədəki sabitliyi qorumaq, ölkəni möhkəmləndirmək, təbii ehtiyatların istifadəsini sürətləndirmək, ölkəyə xarici şirkətlərin investiyasını artırmaq üçün çox böyük islahatlar aparmağa başlamışdı. Əlbətdə Heydər Əliyev təkcə Azərbaycanın müstəqillik illərində yox, həmçinin Azərbaycan SSRİ-dəki ilk hakimiyyəti illərində də çox böyük işlər görmüşdür. Ümummilli Lider Heydər Əliyev 1970-ci illərdə Azərbaycanda elektirik enerjisi sitemini yeniden qurdu və formalaşdırdı. 1976-cı ildə Ulu Öndərin birbaşa təşəbüsü ilə, Tərtər çayı üzərində tikilərək istifadəyə verilən Sərsəng SES-ın ümumi gücü 50 Mvt idi. İşğal dövründə uzun müddət nəzarətdən kənarda qalsa da Cənab Ali Baş Komandan İlham Əliyevin və Qəhraman İgidlərimizin şücaəti nəticəsində 44 günlük Vətən Müharibəsində və Bir Günlük Antiterror Əməliyyatları nəticəsində qazandığımız mütləq qələbə ilə Sərsəng SES işğalçılardan azad olunmuşdur. 15 oktyabr 2023-cü ildə Cənab Prezident İlham Əliyev tərəfindən orada Azərbaycan bayrağı qaldırılmışdır. Həmin dövrlərdə istifadəyə yararsız olsada hal-hazırda modernləşdirilməsi və təkminləşdirilməsi üzərində işlər görürlür. Bununla yanaşı 1982-ci ildə istifadəyə verilən Şəmkir SES-də ən mühüm enerji mənbələrindən biridir. Ölkəmizdə ikinci ən böyük bərpa olunan enerji mənbəsi olan bu SES-in ümumi gücü isə 380 Mvt-dır. Bu səbəblə ölkəmizin enerji təlabatının böyük bir hissəsini yerli resursların hesabına ödəməsinə imkan yaradır. Bununla yanaşı həmin dövrlərdə Ulu Öndərin təşəbbüsü ilə Xəzər dənizinin dərin sulu hissələrində kəşfiyyat aparmaq üçün "Azərbaycan" kran gəmisi və "Şelf" tipli yarımdalma qazma qurğuları ölkəyə gətirilmişdir. Bu infrastrukturlar sayəsində sonradan "Azəri", "Çıraq" və "Günəşli" kimi nəhəng yataqlar kəşf edilmişdir. Bu kəşiflər ölkənin siyası və iqtisadi gücündə böyük rol oynayacağının bariz nümunəsi idi.
Ulu Öndər Heydər Əliyevin ölkəni böhrandan çıxarmaq üçün atdığı ən böyük addımlardan biri isə "Yeni Neft Strategiyası"nı elan etməsi idi. 20 sentyabr 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ölkədə “Yeni neft strategiyası” və Enerji siyasətinin yeni mərhələsini başlatdı. Dünyanın qabaqcıl 7 dövlətindən, 11 iri neft şirkətləri ilə bağlanan bu müqavilə Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsində və iqtisadiyyatımıza milyardlarla vəsaitin daxil olmasında ən böyük faktorlardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyev ölkədəki enerji mənbələrinin bir marşrut üzərində asılı olmadan fərqli marşrut yolları ilə də dünya bazarına çıxarılmasını hədəfləyirdi. Bunun ilk addımı isə 1997-ci ildə Bakı-Novorossiysk neft boru kəmərinin istifadəyə verilməsi oldu. 1996-cı ildə Moskvada imzalanmış sazişlə ilk dəfə Azərbaycan neftinin xarici bazara çıxışı təmin edildi. Bu saziş həm Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin qorunub saxlanmasına, həm də ölkəyə xarici vəsaitin daxil olmasında əsas amillərdən biri oldu. Təbii ki, Ulu öndərin dahiyanə siyasəti bununla da kifayətlənmirdi. Ölkənin enerji mənbələrini dünya bazarlarına ixracını təmin etmək, şaxəli marşrut yolları yaratmaq üçün 1999-cu ildə Bakı-Supsa neft boru kəmərinin istifadəyə verilməsini təmin etdi və Azərbaycan neftinin Rusiya ərazisindən keçmədən birbaşa Qara Dənizə çıxışı təmin edildi. Azərbaycanın həm siyasi həm də İqtisadi baxımdan ən böyük qələbələrindən biri də təməli 2002-ci ildə Ulu Öndər tərəfindən Qoyulan Bakı-Tiblisi-Ceyhan (BTC) neft boru kəmərinin yaradılması idi. 18 noyabr 1999-cu ildə ATƏT-in İstanbul sammitində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Demirel kəmərin inşasına dair bəyannamə imzaladılar. 26 iyun 2006-cı ildə Azərbaycan Nefti Türkiyənin Ceyhan limanına çatdı və 13 iyul 2006-cı ildə istifadəyə verildi. Ulu Öndərin misilsiz əməyi nəticəsində 10 mart 2006-cı ildə bu kəmərə Heydər Əliyev adına Bakı-Tiblisi-Ceyhan kəməri adı verildi.
Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Enerji siyasətində regionun və avropanın etibarlı enerji tərəfdaşına çevrilmişdir. “Əsrin müqaviləsi” ilə Ulu Öndər tərəfindən əsası qoyulan Enerji siyasətinin təməlləri cənab Prezident İlham Əliyev tərəfindən daha da genilşləndirilib. Belə ki, həm ənəvəi enerji siyasəti, həm də yaşıl enerji siyasəti üçün böyük uğurlar əldə edilmişdir. Ən böyük geosiyasi və iqtisadi uğurlardan biri isə “Cənubi Qaz Dəhlizi” layihəsi idi. 2011-ci ildə İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Makron tərəfindən “Cənubi Qaz Dəhlizi haqqında Birgə Bəyənnamə” imzalandı. Bununla da ölkənin iqtisadi və siyasi cəhətdən dahada güclənməsinin yeni mərhələsi başladı. Əsrin müqaviləsi neft üzərində qurulsada 1999-cu ildə “Şahdəniz” qaz yatağının kəşf olunması Azərbaycanı həm də qaz ixracatçısı kimi potensialını dünyaya nümayiş etdirdi. Həm Bakı-Tiblisi-Ceyhan (BTC) neft boru kəmərinin, həm də Bakı-Tiblisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin təməli Ulu Öndər tərəfindən qoyulsa da, başa çatdırılması və fəaliyyətə verilməsi birbaşa cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Şahdəniz qazının Türkiyəyə ixracını reallaşdırmaq üçün 2001-ci il martın 12-də Azərbaycan və Türkiyə arasında, oktyabrın 29-da isə Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. Bununla da Bakı-Tiblisi-Ərzurum (BTƏ) qaz boru kəmərinin 18 sentyabr 2002-ci ildə təməli qoyuldu. Cənab Prezident hakimiyyətə gəldikdən sonra, Bakı-Tiblisi-Ərzurum (BTƏ) qaz boru kəmərinin inşasını əsas vəzifə kimi qarışısına qoydu. 3 iyul 2007-ci ildə kəmər istifadəyə verildi. Azərbaycan qaz idxal edən dövlətdən qaz ixrac edən dövlətə çevrildi. Cənab Prezident Bakı-Tiblisi-Ərzurum (BTƏ) qaz boru kəməri layihəsini daha da inkişaf etdirən və Cənubi Qaz Dəhlizinə çevirən müdrik bir liderdir. Onun ölkə rəhbərliyi dövründə apadığı enerji siyasəti ölkəni həm siyasi, həm də iqtisadi cəhəddən möhkəmləndirmişdir. Bu səbəbdən 2012-ci ildə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və 2016-cı ildə isə TAP (Trans-Adriatik Qaz Boru Kəməri) layihələrinin təməli qoyulmuşdur. Bu layihələr nəticəsində Azərbaycan qazı Türkiyə və Avropaya daşınır. Cənab Prezidentin hədəflərindən biri də məhz Cənubi Qaz Dəhlizi layihəsi vasitəsi ilə 2027-ci ilə qədər Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmaqdır. Cənab Prezidentin ən böyük hədəflərindən biri də Neft-qaz ixracı ilə yanaşı ölkəni “Yaşıl enerji” mərəkəzinə çevirməkdir. 2 fevral 2021-ci ildə Ölkə Rəhbəri tərəfindən imzalanmış “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədi də bunun ən bariz nümunəsidir. Cünki Ölkə Rəhbəri 2030-cu ilə qədər bərpa olunan enerjini ümumi enerjinin 30 faizinə çatdırmaq istəyir ki, bu da təxminən 6.5 – 7 Gvt güc deməktir.
Yaxın dövr ərzində Ölkə Rəhbəri tərəfindən bir çox ərazilərdə yeni bərpa olunan enerji mənbələrinin təməli qoyulmuş və ya istifadəyə verilmişdir. İlk müstəqil Günəş enerjisi layihəsi olan “Qaradağ” GES 26 oktyabr 2023-cü ildə istifadəyə verilmişdir və 230 Mvt gücə malik Xəzər hövzəsində ən böyük GES-dir. Əlbətdə, Cənab Prezidentin uğurları bununlada sınırlanmır. Uğurlu siyasət nəticəsində ən böyük beynəlxalq hadisələrdən biridə məhz COP29–un 2024-cü ildə ölkəmizdə keçirilməsi olmuşdur. Bununla da, Cənab Prezident sübut etdi ki, ölkəmiz neft və qazla zəngin olmasına baxmayaraq “Yaşıl Enerji” sahəsində də ən aktiv dövlətlərdən biridir. Hətta COP29 çərçivəsində Cəbrayılda tikiləcək olan “Şəfəq” GES-in təməli qoyuldu və bu stansiya 240 Mvt gücə malikdir.
Təməli 13 yanvar 2022-ci ildə qoyulan və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” KES-nin 8 yanvar 2026-cı ildə “Gülüstan” sarayında Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Ölkə Rəhbərinin də dediyi kimi, stansiyanın fəaliyyətə başlaması ölkəmizin enerji potensialını daha da möhkəmləndirəcək. Ümumilikdə 240 Mvt gücə malik olan bu stansiya ölkəmizin ümumi inkişafında öz töhvəsini verəcəkdir.
Ümumilli Lider Heydər Əliyevin uzaqgörən və güclü siyasəti nəticəsində Azərbaycanın Enerji siyasəti qısa müddətdə sürətlə inkişaf etdi və ölkənin möhkəm dayaqlar üzərində inkişaf etməsində sütun rolunu oynadı. Cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi Azərbaycanı Enerji təhlükəsizliyi təminatçısına çevirdi.
Musa Həsənli
YAP Naxçıvan şəhər təşkilatının məsləhətçisi