PDF Oxu

Siyasət

  • 1 112

Milli Mətbuatın 35 yaşlı “Səs”i

image

Bəhruz Quliyev: Biz dövlətçilik və Ümummilli Lider Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik

Yanvarın 11-də Azərbaycan mətbuatının tanınmış media orqanlarından biri – “Səs” qəzetinin 35 yaşı tamam olub. SİA xəbər verir ki, 1991-ci ildə ilk nəşrini təqdim edən qəzet müstəqilliyin ilk illərində informasiya boşluğunu doldurmaqla yanaşı, həm də ictimai fikrin formalaşmasında, milli maraqların müdafiəsində mühüm rol oynayıb.“Səs” qəzeti Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında baş verən mühüm hadisələri daim operativ, obyektiv və milli mövqedən işıqlandırmaqla oxucu rəğbətini qazanıb. Qəzetin əsas prinsiplərindən biri də həmişə dövlətçiliyə və milli maraqlara sədaqət olub. Bu xüsusiyyətləri ilə “Səs” qəzetinin fəaliyyəti yalnız jurnalistikanın deyil, həm də vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətli yer tutur.Zamanla qəzet özünü yalnız çap mediası ilə məhdudlaşdırmayaraq, Səs Media Qrupu formatında rəqəmsal platformalarda da fəaliyyətini genişləndirib, internet medianın aparıcı qurumlarından birinə çevrilib.“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 35 illik yubiley münasibətilə “Trend”ə müsahibəsində də bu məqama toxunub: “Biz dövlətçilik və Ümummilli Lider Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə Ulu Öndər Heydər Əliyevin yanında olub və bu gün də onun ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevlə birlikdədir. Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinə öz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil, cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk. “Səs” qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığı Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyət göstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi və maarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik”.Bildirilib ki, müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərində dəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin, deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətə çatdırılıb: “Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarının icrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkə ictaimiyyətinə çatdırmışıq. Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində QR kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb”.Beləliklə, 35 illik tarix bir tərəfdən böyük təcrübə, digər tərəfdən isə gələcək uğurlara doğru açılan yoldur. “Səs” qəzetinin kollektivi bu yubiley günündə də yenilənmiş güclə Azərbaycan mediasına töhfə verməyə davam edir.BAYRAQDAR MEDİA olaraq Bəhruz Qulyev olmaqla “Səs” qəzetinin kollektivini təbrik edir, yeni uğurlar arzulayırıq.

Digər xəbərlər