PDF Oxu

Siyasət

  • 939

Üçrəngli bayrağımız mavi göylərdə dalğalanır! - ŞƏRH

Üçrəngli bayrağımız mavi göylərdə dalğalanır! - ŞƏRH

Üçrəngli bayrağımız Azərbaycan xalqının milli qürurunun, dövlət müstəqilliyimizin və azadlıq iradəmizin ən uca rəmzlərindən biridir. Mavi göylərdə əzəmətlə dalğalanan bayrağımız xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini və gələcəyə olan inamını özündə yaşadır. Bu müqəddəs bayraq hər bir azərbaycanlı üçün Vətən sevgisinin, dövlətə sədaqətin və milli həmrəyliyin ifadəsidir. Bu gün Azərbaycan Bayrağı ölkəmizin bütün bölgələrində, dövlət müəssisələrində, şəhər və kəndlərimizdə qürurla dalğalanır. Bayrağımızın ucaldığı hər bir məkan müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın ucalması xalqımızın uzun illər boyu ürəyində yaşatdığı böyük arzuların gerçəkləşməsinin ən parlaq ifadəsidir. Bu gün həmin torpaqlarda dalğalanan Azərbaycan Bayrağı şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını və Ordumuzun şanlı Zəfərini yaşadır. Bayrağımızın ucalığı həm də Azərbaycan xalqının birlik və həmrəyliyinin, dövlətimizə olan sonsuz inamının göstəricisidir. Üçrəngli bayrağımıza olan sevgi Vətənimizə olan sevgimizin ayrılmaz hissəsidir. Hər bir azərbaycanlı üçün bayrağın dalğalanması böyük qürur və fəxarət hissi yaradır. Biz bayrağımızı qorumağı, onun şərəfini uca tutmağı və bu müqəddəs dəyəri gələcək nəsillərə ötürməyi özümüzə borc bilirik. Azərbaycan Bayrağı bu gün yalnız ölkəmizin deyil, xalqımızın milli iradəsinin və dövlətçilik əzminin də rəmzidir. Əminik ki, üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın yeni uğurlarının və Zəfərlərinin şahidi olacaq.
Qoy Azərbaycan Bayrağı daim ən yüksək zirvələrdə dalğalansın, dövlətimiz daim güclənsin, xalqımız birlik və həmrəylik içində yaşasın. Üçrəngli bayrağımız bizim qürurumuz, şərəfimiz və müqəddəs dövlətçilik rəmzimizdir!

Elnur Məmmədov,

YAP Lerik rayon təşkilatının sədr müavini

Digər xəbərlər