PDF Oxu

Siyasət

  • 3 324

Strateji yol xəritəsi - ŞƏRH

Strateji yol xəritəsi - ŞƏRH

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə ölkə başçısı mühüm məqamlara toxunmuş, süni intelekt, rəqəmsallaşma, kibertəhlükəsizlik barədə tədbirlər planının hazrlanması və bunların bütün sahələrdə olduğu kimi təhsil sahəsində tətbiqi, ölkədə rəqəmsallaşmaya gedilməsi ilə əlaqədar vacib tapşırıqlar vermişdir. Ölkə Prezidenti, Cənab İlham Əliyev müşavirədə vurğulamışdır ki, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.

Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.

Prezident İlham Əliyevin sözləri ölkəmizin nə qədər strateji bölgədə yerləşdiyini və bunun ölkəmiz üçün vacib məsələ olduğunu təsdiq edir. Süni intelekt, rəqəmsallaşma artıq gündəlik həyatımızın bir hissəsinə çevrilmişdir. Buna ayaq uydurmaq üçün biz də bir vətəndaş olaraq öz üzərimizdə çalışmalı özümüzü inkişaf etdirməliyik.Müşavirə zamanı ölkə başçısının qeyd etdiyi bütün məsələlər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Ölkə başçısının dediyi kimi, hər kəsə məlumdur ki, xarici ölkələrin bir çoxu bütün sahələrdə ölkəmizə sərmayə qoymaq üçün maraqlıdır. İstər neft, istər transit, istərsə də enerji sahəsində dünya ölkələrinin böyük şirkətləri aidiyyatı qurumlarla təmaslar qurur danışıqlar aparır. Bizimlə iş görmək istədiklərini bildirirlər. 10 Fevral tarixində ABŞ-nin Birinci Vitse Prezidentinin ölkəmizə gəlişi, Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış, ölkəmizin gələcəyi üçün mühüm bir sənəd olan Strateji Tərəfdaşlıq Xartiyası böyük əhəmiyətə malikdir. Ölkə başçısı Amerika və Çin ilə bağlanılmış müqavilələrdən danışarkən qeyd etmişdir ki, bu sənədlər bizim üçün vacib əhəmiyyətə malikdir. Bizim kimi ikinci bir ölkə yoxdur ki, bu cür strateji mövqedə yerləşsin. Bu səbəbdəndir ki, imzalanmış bu cür müqavilələr bizim üçün əhəmiyyətlidir. Buna görə də dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir.

Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. O, dövlət orqanlarında və Nazirlikərdə yaradılmış platformalardan danışaraq qeyd etmişdir ki, yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməli, dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir.

Dövlət başçısının verdiyi tapşırıqlar bir məqsədə xidmət edir, vətəndaş məmnunuğunu təmin etmək. Cənab Prezident kadr hazırlığının da mühüm vəzifələrdən biri olduğunu qeyd edərək bildirmişdir ki, son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir. Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.

O, ötən il ölkəmizin və vətəndaşların məruz qaldığı kiber hücumlardan danışaraq kibertəhlükəsizlik məsələlərinin ölkəmiz üçün nə qədər vacib olduğunu qeyd edərək vurğulamışdır: “Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.”

Bu gün ölkəmizdə quruan infrostruktur hər birimizə imkan verir ki, süni intelektin və rəqəmsallaşmanın tətbiqindən istifadə edək. Demək olar ki, bütün idarə təşkilatlar mərkəzləşdirilmiş elektron sistemlə işləyir. Cənab pPrezidentin bütün bunların “mygov” tətbiqində birləşdirilməsi üçün verdiyi tapşırıq çox mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda təhsil sahəsində də aparılacaq islahatlar, tədris proqramında ediləcək dəyişikliklər gələcəyimiz olan şagirdlərin bu sahədə inkişafına töhfə verəcək.

Cənab Prezidentin toxunduğu hər bir sahə ölkəmizin gələcəyi üçün vacib sahələrdir. Biz də bir vətəndaş olaraq öz üzərimizə düşən tapşırıqları layiqincə yerinə yetirməli və əlimizdən gələni əsirgəməyərək bu inkişaf üçün öz töhfəmizi verməliyik.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər