Zərifə xanım Əliyeva – görkəmli alim, mərhəmətli insan, müqəddəs ana...
Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın əsas məqsədlərindən biri Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf etdirmək idi və bu məqsədinə nail odu. Zərifə xanım Əliyeva bir məktəb yaratdı. Elə bir məktəb yaratdır ki, Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alndı. Akademik Zərifə xanım Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq alim nəsil yetişdirməyə nail olmuşdur.
Zərifə xanımın dünya tibb elminə yeni müalicə üsulları gətirmişdir. Akademik Zərifə xanım Əliyeva Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir.
Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdır. Beləliklə “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov: ”Əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri ola bilərdi”.
Professor Həşimovanın sözlərinə görə, Zərifə xanımın tədqiqatları görmə analizatorda yaşla bağlı dəyişikliklərin öyrənilməsini əhatə edirdi. Görkəmli rus oftalmoloqu və akademik A. Brovkin Z.Ə. Əliyevanın "Gözdə yaşla bağlı dəyişikliklər və optik sinir yolu" kitabı haqqında yazırdı: "Bu elmi əsər, mahiyyət etibarilə, oftalmologiyada yeni bir sahənin - oftalmoloji gerontologiyanın təməlini qoydu."
Şübhəsiz ki, akademik Zərifə xanımın monoqrafiyası bu gün institutda aparılan gerontoloji tədqiqatlarında daha da aktualdır.
Professor Həşimova təəssüflə qeyd edir ki, 1990-cı illərdə, təkcə elmdə deyil, həm də bir çox digər sahələrdə tənəzzül dövründə laboratoriya bağlanmışdı. Yalnız 2016-cı ildə onun fəaliyyəti əvvəlcə Görmə Sisteminin Disfunksiyasının Neyrofizioloji mexanizmlərini öyrənmək üçün kiçik bir qrup -"Görmə Fiziologiyası" – kimi bərpa edildi.
Biologiya elmləri doktoru Elmira Pənahova deyir: "Laboratoriya baş direktorumuzun şəxsi təşəbbüsü ilə yenidən qurulub. Onun yeni adı Görmə və Neyrodegenerativ Pozğunluqlar Fiziologiyası Laboratoriyasıdır. Qısa müddət ərzində qrup vizual nəzarətli davranış, idrak prosesləri və yaddaşla əlaqəli neyrodegenerativ pozğunluqların eksperimental modelləşdirilməsi üzrə tədqiqatları uğurla həyata keçirib. Alzheimer xəstəliyinin eksperimental modeli istifadə edilərək elmi cəhətdən əhəmiyyətli nəticələr əldə edilib.
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, sadə azərbaycan ziyalısı – böyük alim, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti gənc qızlarımıza bir nümunədir.
Şəhla Xəlilova
YAP Yasamal Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri