Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026" başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.
SİA xəbər verir ki, qaliblər üçün pul mükafatları da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibinə 6000 AZN, ikinci yerə 4000 AZN, üçüncü yerə isə 2000 AZN təqdim olunacaq. Bununla yanaşı, 42 kilometr məsafəni başa vuran bütün iştirakçılar medalla təltif ediləcək. Daha qısa məsafələr üzrə də mükafatlandırma tətbiq olunacaq: 21 kilometrlik yarımarafonu tamamlayan ilk 2000 iştirakçı medal əldə edəcək, 10 kilometr məsafəni qət edənlər isə sertifikatlarla mükafatlandırılacaq.
İlk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.
Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qoşulublar.
Rusiyada yoluxma hallarının artması müəyyən dərmanların populyarlığı ilə əlaqələndirilir...
Alimlər yazı sürətinin və əl koordinasiyasının yaşlı insanların zehni sağlamlığı ilə necə əlaqəli olduğunu aşkar ediblər...
Acılı qidalar yemək ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər...
100 kilometrə 0,11 litr yanacaq sərf edir, amma bir problem var...
Xəstəlik erkən mərhələlərində çox vaxt asemptomatik olur və bu da vaxtında müalicəyə mane olur...