PDF Oxu

Siyasət

  • 603

Milli birlik və dövlətçilik ənənələri - ŞƏRH

image

“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”

Xalqımızın çoxəsrlik dövlətçilik ənənələri sistemində 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti xüsusi çəkiyə və institusional varislik missiyasına malik mühüm bir mərhələdir. Şərqdə ilk demokratik və parlamentli respublika kimi tarixə düşən bu dövlət xalqımızın azadlıq, müstəqillik və milli birlik arzularını gerçəkləşdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirən şəxsiyyətlərdən biri də Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin qorunması və inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlər göstərmişdir. O qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvəti və tarixi qürur mənbəyidir. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 28 May günü dövlət səviyyəsində geniş şəkildə qeyd olunmağa başlanılmışdır.

Ümummilli Lider çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqillik Azərbaycan xalqının ən böyük nailiyyətidir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Onun “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır” fikri də məhz bu ideyanın ifadəsidir. Bu sözlər xalqımızın öz tarixinə, dövlətçilik ənənələrinə və milli dəyərlərinə bağlılığını göstərir.Müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin beynəlxalq nüfuzunun artması və əldə olunan uğurlar Ümummilli Liderin siyasi kursunun nəticəsidir. Ümummilli Liderin bu siyasətini dövlətimizin başçısı Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olundu və Cümhuriyyətin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, milli birliyini və dövlətçilik ənənələrini özündə əks etdirən əlamətdar bayramdır. Bu əlamətdar gün gənc nəslə vətən sevgisi, dövlətə sədaqət və milli qürur hisləri aşılayır.

Bünyad Süleymanlı

YAP Şərur rayon təşkilatının Mühasibi

Digər xəbərlər