PDF Oxu

Siyasət

  • 481

YAP Sədərək rayon təşkilatında sosial şəbəkə fəalları ilə görüş keçirilib

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının inzibati binasında sosial şəbəkə fəalları ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə informasiya məkanında milli maraqların qorunması, sosial media platformalarında düzgün və operativ məlumatlandırmanın əhəmiyyəti, gənclərin bu sahədə fəallığının artırılması məsələləri müzakirə olunub.
Arif Qasımov çıxışında sosial şəbəkələrin ictimai rəyin formalaşmasındakı rolundan bəhs edərək, dezinformasiyaya qarşı mübarizədə fəalların üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıblar. Eyni zamanda, dövlətçilik dəyərlərinin təbliği və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində birgə fəaliyyətin vacibliyi qeyd edib.
Görüşdə gənclərin sosial mediadakı fəaliyyəti, onların ictimai-siyasi fəallığının artırılması və milli maraqların qorunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sonda sosial şəbəkələrdə fəal iştirakı ilə seçilən şəxslərə Fəxri Fərman verilib, fəallar onlara göstərilən diqqət və etimada görə Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər