Bu, çox böyük kompromisdir...
...Ukrayna hazırkı cəbhə xəttində atəşi dayandırmağa və Rusiya ilə sülh danışıqlarına keçməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.
...Biz bu cür addımlara - durduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Biz təmas xəttində atəşkəsdən danışırıq, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu, çox böyük kompromisdir.
...Biz başa düşürük ki, Putin torpağımızı tərk etmək istəmir. Ona görə də biz deyirik: tamam, gəlin burada dayanaq və diplomatiyaya keçək, - deyə Ukrayna prezidenti izah edib. ABŞ-ın rolunu şərh edən Zelenski qeyd edib ki, prezident Donald Tramp nizamlanma səylərini genişləndirmək üçün ABŞ Konstitusiyasına əsasən kifayət qədər səlahiyyətə malikdir.
...Ona görə də ümid edirəm ki, o, bu müharibəni dayandırmaq üçün yol axtarmağa davam edəcək, lakin təkcə Ukraynanın bunun əvəzini ödəməli olduğu vəziyyətə görə deyil, çünki bu, səhvdir, - Ukrayna rəhbəri vurğulayıb.
Əli Babayev
Ruslara qanun layihəsi təqdim edilib…
Ora tamamilə Ukrayna Silahlı Qüvvələrinin dronlarının nəzarəti altındadır...
Piroq kiçilir..?
Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb
Rusiya superkompüterləri köhnəlmiş qrafik prosessorlarında işləyir, çünki onlar süni intellektin inkişafı üçün qabaqcıl çiplərdən məhrum ediliblər...
Putin rejimi özünü tükətdi...
Bu tarix ABŞ-ın hazırkı prezidentini “ömrü boyu” “təqib etməlidir”...